• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxin Türk xalqına təsəllisi - VİDEO

Şeyxin Türk xalqına təsəllisi - VİDEO
19.05.2014 10:00
Qafqaz Müsəlmanları idarəsi Qara Fəlakətin qurbanlarının ruhuna Əjdər bəy məscidində təziyə verdi, hadisəni iki dövlətin bir millətinə üz vermiş dərd kimi yaşadı. ANS TV yaxın qohumunun müalicəsilə əlaqədar olaraq Türkiyədə olan Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə də görüşüb. Özünü zorla ələ alan Şeyx xalqımıza təsəlli verdi, faciənin nə qədər böyük olması, amma türk xalqının hər hansı dərddən, fəlakətdən daha böyük olması barədə danışdı. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Türkiyədə baş verən məlum Soma faciəsi, bütün Türk xalqlarının faciəsidir: “Bu hadisəni eşidən kimi mən dərhal Türkiyə Diyanət İşləri Bakanlığına telefon etdim. Türkiyə Diyanət İşləri Bakanı həmin an hadisə yerində idi. Ona Allahdan səbr diləyib başsağlığı verdim. Eyni zamanda Türkiyənin Prezidenti və Baş nazirlə də alaqə saxlayaraq faciə ilə bağlı başsağlığı verdim. Daha sonra Türkiyə Diyanət İşləri Bakanlığına bütün türk xalqı adından başsağlığı teleqramı ünvanladıq. Hətta Türkiyə Diyanət İşləri Bakanına dedim ki, gərəkirsə sizin yanınıza gəlməyə hazıram. Səhəri gün çümə idi. Bütün məscidlərdə hadisə zamanı həlak olan 300-ə yaxın insanın ruhuna dualar oxundu, Quran tapşırıldı, cənazə namazları qılındı. Bu, türk xalqı üçün bu bir imtahandır. Hesab edirəm ki, bu hadisə bilərəkdən baş verən şey deyil. Türk xalqının düşməni çoxdür. Məhz buna görə də biz bu faciəni birikdə dəf etməliyik. Bu faciə, istər Türkiyə, istərsə də Azərbaycan üçün çox ağır bir faciədir. Bütün bunlara baxmayaraq bütün türk xalqına, eyni zamanda ailələrini itirənlərə başsağlığı verirəm. "Başınız sağ olsun". Mən belə düşünürəm ki, bu cətin gündə qardaş qardaşın yanında olmalıdır”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol