• $
  • €
  • ₽
  • ₺
  • £

Paşa İlisuyski Ukrayna ermənilərinin planını puça çıxartdı

Paşa İlisuyski Ukrayna ermənilərinin planını puça çıxartdı
06.05.2014 18:37
ANN.Az saytı xəbər verir ki, Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa İlisuyski hökümət vəzifəsinə öz adamını keçirməyə hazırlaşan ermənilərin planını yarıda qoyub. Bununla bağlı Paşa İlisuyski saytın əməkdaşının sualını cavablandırıb:

- Ukrayna erməniləri nə etmək fikrində idilər və siz onlara necə mane oldunuz?- Ukrayna Nazirlər Kabineti tərkibindəki milli azlıqlarının hüquqlarının müdafiəsi və namizədliyi məsələsinə Millətlərarası Münasibətlər və İctimai Şuranın milli azlıqlarının hüquqlarının müdafiəsi məsələri üzrə komissiyanın iclasında baxılırdı. Məsələ qaldırıldı ki, bu vəzifəyə Ukrayna Erməniləri Konqressinin prezidenti Aşot Avanesyanın namizədliyi irəli sürülsün.Bildirdim ki, son hadisələrlə və bəzi "dost" ölkələrin mövqeyi ilə əlaqədar olaraq Ukrayna Ermənistanla diplomatik münasibətləri kəsməlidir və Aşot Avanesyanın Ukrayna milli azlıqlarının işləri üzrə ombudsman olması yolverilməzdir. O, Ukraynanın bəzi regionlarında separatçı əhval-ruhiyyələrin olması zamanı öz qeyri-peşəkarlığını və sözünün kəsərsizliyini göstərdi.Qeyd etdim ki, milli azlıqlıqların məsələləri ilə məşğul olmaq üçün ilk öncə, Krımda və Ukraynanın Şərqində separatça hərəkatlarda fəal iştirak edən öz həmyerliləri ilə məsələni yoluna qoymaq lazımdır. Mən Ukrayna ərazisində ermənilərin separatizmə cəlb edilməsi faktlarını nümunə gətirdim.Bu sözlərim Ukrayna erməniləri Konqressinin prezidenti, mənşəcə bakılı Aşot Avanesyanda hiddət doğurdu. O vaxtacan isə artıq artıq ombudsman, həmçinin Ukraynanın Milli Azlıqlar üzrə Məsləhət Şurasının sədrini seçmişdilər.Sonra şifahi mübahisə oldu. Bu da iclasın ləğvinə gətirib çıxardı və Ombudsman məsələsi keçmədi. Mənə bildirildi ki,  bu məsələ tamamilə qapanıb və hökümətin özünün ombudsman təyin etməsi məsələsinə baxılacaq.Kamal ƏliANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol