• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis çoxuşaqlı analarla bağlı qərar verdi

Milli Məclis çoxuşaqlı analarla bağlı qərar verdi
23.04.2014 17:27

Azərbaycanda 5-dən çox uşağı olan analara müavinətlərin verilməsini nəzərdə tutan “Sosial müavinətlər haqqında” qanun layihəsinin qəbulu təxirə salınıb.

Milli Məclisdən modern.az-a verilən məlumata görə, qanun layihəsi artıq plenar iclasda müzakirəyə çıxarılmayacaq. Buna əsas səbəb kimi isə hazırda ölkədə çoxuşaqlı ailələrin sayının az olması göstərilir.Məlumata görə, bu gün Azərbaycanda 5 uşaqlı anaların sayı 900 nəfərdir. Qeyd edək ki, layihədə çoxuşaqlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması, uşaqların təhsilinə, ev şəraitinə yardım edilməsi kimi məsələlər öz əksini tapmışdı. Milli Məclisə göndərilən layihədə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin, həmçinin onlara ilbəil müavinətlərin verilməsi nəzərdə tutulurdu. Bundan əlavə, çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də təklif edilirdi.Dövlət Statistika Komitəsinin məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilir. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür. Bütün bunları nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, “Qəhrəman ana” statusunun bərpa olunması üçün layihə işləyərək, dövlət idarələrinə və Milli Məclisə təqdim etmişdi.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol