• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Federasiya Şurasının sədr müavini: “Azərbaycanın mövqeyeni yüksək qiymətləndiririk”

Rusiya Federasiya Şurasının sədr müavini: “Azərbaycanın mövqeyeni yüksək qiymətləndiririk”
15.04.2014 17:24
İqor Morozov: “AŞPA-nın Rusiya ilə bağlı verdiyi qərarın arxasında ABŞ dayanır”Moskva. Fərid Əkbərov - APA. “AŞPA Rusiyasız marginal bir qurumdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov “RİA Novosti” Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında bildirib.AŞPA-nın son sessiyasının çox gərgin keçdiyini söyləyən İ. Umaxanov deyib ki, adıçəkilən qurum isteriya içindədir: “AŞPA 2008-ci ildə Cənubi Osetiya-Gürcüstan müharibəsi zamanı da isteriya içində idi. O zaman da bu qurumda bizi eşitmək istəmirdilər. Bizim iştirak etdiyimiz son sessiya parlament diskussiyasını xatırlatmırdı. Sanki teatr tamaşasında oturmuşduq, çıxış edənlər isə hansısa rolu oynayırdılar. Parlament atmosferi yox idi. Əgər siz AŞPA-nın Ukrayna ilə bağlı qətnaməsinə baxsanız, o zaman orada qeyri-peşəkarlığı görərsiniz. Qətnamə başdan ayağa Rusiyaya qarşı ittihamdan ibarətdir. Qətnamədə Ukraynada rusdilli əhalinin olmasından belə söhbət getmir. Məlum ikiüzlülük, ikili standart bu qurumda da özünü bir daha göstərdi. Qətnamənin qəbulundan bir neçə gün keçib, Ukraynanın cənub-şərqindəki vəziyyət hamıya məlumdur”.Rusiya Federasiya Şurasının sədr müavini onu da əlavə edib ki, AŞPA-da keçirilən səsvermə zamanı ən radikal mövqeni Baltikyanı ölkələr, Skandinaviya ölkələri və Gürcüstan nümayiş etdirib: “AŞPA-nın bu qərarı qurumun özünü gələcəkdə beynəlxalq münaqişələrin müzakirəsindən kənarda qoyacaq. AŞPA Rusiyasız marginal bir qurum kimi fəaliyyət göstərəcək”.İ. Umaxanov Azərbaycanın balanslaşdırılmış və konstruktiv mövqe sərgilədiyini söyləyib: “Rusiya üçün vacib məsələdə Azərbaycanın balanslaşdırılmış və konstruktiv mövqe tutmasını yüksək qiymətləndiririk. Azərbaycan nümayəndə heyətinin rəhbəri avropalı həmkarlarına Rusiyanın AŞPA-da rolu ilə bağlı müraciət etdi və onları emosiyaya uymamağa, konstruktiv dialoqa çağırdı. Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk”.Federasiya Şurasının üzvü İqor Morozov isə çıxışında qeyd edib ki, AŞPA-nın sessiyası keçirilən zalda çıxışlar kuluarlarda gəzən söz-söhbətlərdən kəskin fərqlənirdi: “Koridorlarda AŞPA-da təmsil olunan bir sıra ölkələrin deputatları bizə açıq deyirdilər ki, qurumun Rusiya ilə bağlı verdiyi qərarın arxasında ABŞ dayanır, qurumun rəhbər şəxsləri ABŞ-ın dediyi ilə oturub-durur”.Senator İlyas Umaxanov Rusiyanın AŞPA-dan birdəfəlik getmək haqda düşündüyünü açıqlayıb: "Biz bu haqda fikirləşirik. Rusiya parlamentlərarası səviyyədə əlaqələrini digər qurumlarla davam etdirmək fikrindədir. Yaxın vaxtlarda bu haqda qərar veriləcək”.Qeyd edək ki, aprelin 10-da Rusiya 2014-cü ilin sonuna qədər AŞPA-da səs hüququndan məhrum edilib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol