• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov məşhur polkovniki ordudan tərxis etdi

Zakir Həsənov məşhur polkovniki ordudan tərxis etdi
15.04.2014 15:36
Müdafiə naziri Zakir Həsənov orduda hərbi polis sisteminin yaradıcılarından olan yüksək rütbəli zabiti Silahlı Qüvvələrdən təxris edib.AzNews.az-a daxil olan məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmov ordu sıralarından uzaqlaşdırılıb. Hərbi mənbələrdən bildirilib ki, Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunduqdan bir müddət sonra - yanvarın 6-da R. Məhərrəmov məzuniyyətə göndərilib. Ötən gün isə müdafiə naziri onun təxris olunması ilə bağlı əmr imzalayıb.Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı polkovniklə əlaqə saxlayıb. O, məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.Xatırladaq ki, polkovnik Rövşən Məhərrəmov 1992-1993-cü illərdə Bakı şəhər Qarnizonunun komendantı, 1994-cü ildə isə Hərbi Polis İdarəsinin post patrul xidməti üzrə rəis müavini, 1997-2000-ci illərdə idarənin qərargah rəisi - idarə rəisinin birinci müavini, 2000-2010-cu illərdə isə həmin idarənin rəisi vəzifəsində işləyib. 2010-cu ildən isə xidmətini Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrində davam etdirib.Müdafiə Nazirliyi sistemində peşəkar və vətənpərvər kadrlardan hesab edilən R. Məhərrəmov Prezident tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol