İlham Əliyevin Naxçıvana səfəri başladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. ANN.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlət başçısı fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb. Prezidentin səfər zamanı Naxçıvanda tikilən Bayraq Meydanının açılışında iştirak edəcəyi də gözlənilir.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 13:28 Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:24 Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:13 Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 11:57 Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:22 Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:18 Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:03 Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03 Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 22:33 Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib