• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa səfiri: “Ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular”

Fransa səfiri: “Ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular”
04.04.2014 14:25
Ukrayna ilə bağlı beynəlxalq duruma baxmayaraq, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqların davam etməsi çox vacibdir. Çünki dünyada sülh yaratmaq üçün sabitlik və etimadın olması zəruridir”. APA-nın məlumatına görə ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. O bildirib ki, Fransanın Minsk Qrupu daxilində məqsədi həmsədr ölkələrin və iki ölkə prezidentinin səylərinə təkan vermək, konkret nəticə əldə etmək üçün prosesi irəliyə aparmaqdır: “Çünki bu regiona sabitlik lazımdır və hesab edirəm ki, gələcəklə bağlı optimist olmalıyıq. Ona görə də danışıqları heç nə əvəz edə bilməz. Mən Azərbaycan və Ermənistan prezidentlərinin liderliyinə inanıram. Əminəm ki, onlar insanların xeyrinə hərəkət edəcəklər". P. Mönye hesab edir ki, bu yaxınlarda Ukraynada baş verən hadisələr 20 ildən çox Azərbaycan və Ermənistan arasında baş verənlərdən fərqlidir: “O ərəfələrdə sovet hökuməti dağılmışdı, yeni hökumətlər yaranırdı və çox qarışıq bir vəziyyət idi. Lakin iki situasiyaya baxaraq bizim ümumi bir siyasətimiz var, o da ərazi bütövlüyü prinsipidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas məqamıdır və bu prinsip pozulmazdır. Əgər ərazi bütövlüyü prinsipi pozularsa, dünyada nizam pozular. Buna görə də BMT Baş Assambleyası çərçivəsində Ukraynanı dəstəklədik və biz çox şadıq ki, Azərbaycan da BMT çərçivəsində Ukraynanı dəstəkləyən ölkələr sırasındadır". ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol