• $
  • €
  • ₽
  • ₺
  • £

Oqtay Əsədov Etibar Hüseynova: “Mətbuata az danışın”

Oqtay Əsədov Etibar Hüseynova: “Mətbuata az danışın”
04.04.2014 12:34

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputat Etibar Hüseynovun son günlər qaçqın və məcburi köçkünlər barədə təhqiredici ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlər qaldırılıb. 

Lent.az-ın məlumatına görə, Etibar Hüseynov söz alaraq bu barədə çıxış edib.

O qeyd edib ki, onun haqqında yayılan bu xəbərlərin heç bir əsası yoxdur: “Bu, konkret bir mənbədən mənə qarşı edilən qarayaxmadır. Guya mən hansısa proqramda çıxışımda qaçqın və köçkünləri, qarabağlıları təhqir etmişəm və sair. Mən bunun kimlər tərəfindən yayılması barədə artıq faktlar əldə etmişəm və bu faktları toplayıb müvafiq orqanlara ölçü götürülməsi üçün təqdim edəcəm. Eyni zamanda buradan bildirirəm ki, bununla bağlı istintaq aparılıb başa çatana qədər heç bir mətbuata açıqlama verməyəcəm və bu gündən belə mənim adımdan yayılan xəbərlər saxtadır”. Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istəyib: “Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, mən yenə də heç nəyə baxmayaraq, onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir”.

Deputatın çıxışına münasibət bildirən spiker Oqtay Əsədov bildirib ki, ötən gün axşam İntizam Komissiyasında onun da iştirakı ilə E. Hüseynovun məsələsinə baxılıb: “Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, az danışırsınız belə “skandal” yaranır, görün çox danışsanız nə olar”.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol