Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Müsavat Partiyası qurultayla bağlı müraciətinin cavabsız qaldığı üçün Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib: “Sənədlər bu gün 1 saylı Bakı Şəhər inzibati-iqtisadi məhkəməsinə təqdim edilib və qəbul olunub”. Xatırladaq ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 13:28 Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:24 Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:13 Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 11:57 Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:22 Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:18 Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:03 Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03 Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 22:33 Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib