• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadan rəsmi Bakıya Azərbaycan dilində TƏŞƏKKÜR

Ukraynadan rəsmi Bakıya Azərbaycan dilində TƏŞƏKKÜR
28.03.2014 12:38
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana bu ölkəyə verdiyi dəstəklə əlaqədar təşəkkür edib. APA-nın məlumatına görə, təşəkkür Ukrayna XİN-in rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Azərbaycan dilində yazılan müraciətdə deyilir: “Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!” Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib. Bundan əvvəl isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpasına və problemlərin sülh yolu ilə çözülməsinə tərəfdardır. Nazirin sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol