• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək

İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
16.11.2013 14:50

 Azərbaycan prezidenti İlham Əliyev noyabrın 17-18-də Ukraynada rəsmi səfərdə olacaq.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti dövlət başçısının müşaviri, Beynəlxalq əlaqələr üzrə Baş İdarənin rəisi Andrey Qonçaruka istinadən məlumat yayıb.

 

Səfər Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi dəvəti ilə reallaşır. İki ölkənin prezidentləri arasında keçiriləcək görüş zamanı yüksək səviyyədə ikitərəfli siyasi dialoqun dərinləşdirilməsi, prioritet sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, energetika, infrastruktur və hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

 

A. Qonçaruk qeyd edib ki, səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentləri Şurasının IV iclası da keçiriləcək. Bu tədbir ikitərəfli strateji əlaqələrin praqmatik məzmunla daha da doldurulması məqsədi daşıyır. İclasın yekunları ilə bağlı yekun protokolun imzalanması planlaşdırılır.

 

Bundan başqa, səfər çərçivəsində iki dövlət arasında xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar və regionlararası sahələrdə qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması planlaşdırılır.

 

Səfərin proqramında Azərbaycan prezidenti İ. Əliyevin Ukraynanın baş naziri N. Azarov və Ali Radanın sədri V. Rıbakla da görüşləri nəzərdə tutulub. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov gürcüstanlı həmkarı ilə görüşüb
Siyasət 17:18
Bayramov gürcüstanlı həmkarı ilə görüşüb
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 16:45
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol