• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Kılıçdaroğlu: “İndiyədək bizə koalisiya təklifi gəlməyib”

Kamal Kılıçdaroğlu: “İndiyədək bizə koalisiya təklifi gəlməyib”
13.08.2015 21:44
"İndiyədək bizə koalisiya təklifi gəlməyib. Sadəcə keçid hökuməti təklifi gəlib. Mən Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm".

APA-nın Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) sədri Kamal Kılıçdaroğlu koalisiya görüşmələrinə dair partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
 
"Davudoğlu bizə 2 təklif edib: qısamüddətli bir keçid hökuməti və ya "biz azlıq hökuməti qursaq bizi kənardan dəstəkləyə bilərsinizmi”, deyə Kılıçdaroğlu qeyd edib .
 
Kamal  Kılıçdaroğlu vurğulayıb ki, Türkiyənin çox ciddi problemləri var, ən azı 4 il müddətinə davam edəcək koalisiya hökumətinin qurulması lazımdır:  "Biz bu fikirlərimizi qarşı tərəfin diqqətinə çatdırdıq. Ancaq AKP üç ay ərzində müəyyən məsələləri həll etməyi, proqramı müəyyənləşdirməyi, daha sonra da seçkiyə getməyi təklif edirdi”.
 
Kılıçdaroğlu ümidsizliyə qapılmağın gərək olmadığını bildirib: "Türkiyə böyük, güclü və öz problemlərini aşmağa qadir olan bir ölkədir. Biz xalqın bundan sonrakı təqdirinə hörmət edəcəyik. Əgər AKP hökuməti qura bilmirsə, vəzifəsini təhvil verəcək. Erkən seçkinin yeganə variant olduğunu doğru saymıram. 24 saat siyasət üçün çox uzun müddətdir".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol