• $
  • €
  • ₽
  • ₺
  • £

"Avropa İttifaqına üzv ölkə müsəlman qaçqınların qəbulundan imtina edib"

"Avropa İttifaqına üzv ölkə müsəlman qaçqınların qəbulundan imtina edib"
20.08.2015 21:10
Slovakiya Suriyadan yalnız xristian qaçqınları qəbul edə biləcəyini açıqlayıb

Slovakiya Avropa İttifaqının (Aİ) yerləşdirmə proqramı çərçivəsində Suriyadan yalnız xristian qaçqınları qəbul edə biləcəyini açıqlayıb.
 
APA-nın məlumatına görə, bu ölkə Aİ-nin yeni "40 min nəfər qaçqını yerləşdirmə planı" çərçivəsində Türkiyə, İtaliya və Yunanıstandakı düşərgələrdən yalnız 200 nəfəri və xristian olanları qəbul edəcəyini deyib. Slovakiya Daxili İşlər Nazirliyinin sözçüsü İvan Netik BBC-yə açıqlayıb ki, ölkəsi müsəlmanlar qəbul etməyəvək. İ. Netik bunu onların Slovakiyada "özlərini vətənlərindəki kimi hiss etməyəcəkləri" ilə əsaslandırıb: "Biz yalnız tranzit ölkəyik və insanlar Slovakiyada qalmaq istəmirlər. Biz 800 müsəlman qəbul edə bilərik, lakin bizim Slovakiyada heç bir məscidimiz yoxdur və onlar toplaşmaq istəsələr, bunu necə edəcəklər?”
 
Aİ sözçüsü Anika Breyzhard  Slovakiya rəsmisinin açıqlamasına münasibət bildirməkdən imtina edib. O qeyd edib ki, Avropa İttifaqı ölkələrinə istənilən növ ayrı-seçkilik nümayiş etdirmək qadağan edilib. Eyni zamanda BMT Qaçqınlarla iş üzrə Ali Komissarlığının Mərkəzi Avropa üzrə sözçüsü Babar Baloç bildirib ki, yerləşdirmə dünyanın ən həssas qrupları arasında son dərəcədə çətin vəziyyətdə olan qaçqınlar üçün çox vacibdir: "Biz ölkələri qaçqınları yerləşdirilməsi məsələsinə kompleks yanaşma nümayiş etdirməyə və öz seçimlərini ayrı-seçkiliyə yol verməməyə çağırırıq”
 
Qeyd edək ki, Aİ sərhədlərində son aylar qaçqınlar daha da artıb. İyul ayında bu rəqəm rekord səviyyəyə- 107 500 nəfərə çatıb. Onların əksəriyyəti suriyalılar, əfqanlar, qeyri-stabillik və yoxsulluqdan əziyyət çəkən Tropik Afrika sakinləridir. Ötən ay Aİ ölkələri son iki ildə İtaliya və Yunanıstana gəlmiş 32 min sığınacaq axtaran şəxsləri qəbul etmək barədə qərar qəbul edib.  Slovakiya kimi ölkələr müəyyən edilmiş kvotadan imtina etdikdən sonra proqram könüllülük şəklində həyata keçirilib.
 
Xatırladaq ki, 240 min miqrant bu il ərzində Aralıq dənizini keçib və digər ölkələrə getməzdən qabaq İtaliya və Yunanıstan sahillərinə çatıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol