• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı - FOTO

Moskvada qeyri-adi “qanuni oğru” saxlanıldı - FOTO
26.08.2015 21:17
O, Ded Xasanın xeyir-duası ilə "taclandırılmışdı”.

Avqustun 24-də Moskva DİN əməkdaşları tərəfindən 39 yaşlı "qanuni oğru”, kriminal aləmdə "Surik Andijanski” kimi məşhur olan Suren Tavadov saxlanılıb.  

Oxu.Az "Praym Kray” informasiya agentliyinə istinadən xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan miqdarda narkotik vasitə aşkarlanıb.

Bundan əlavə "qanuni oğru” ağır cinayətdə - qətldə şübhəli bilinir.

Əldə olunan məlumata görə, Suren Tavadov 2004-cü ilin sonu, 2005-ci ilin əvvəllərində Ded Xasan tərəfindən taclandırılıb.

Lakin bu taclandırma Surikin hər hansı istedadına görə deyil, varlı ailəsinə görə baş verib. Belə ki, Surikin ailəsi ən azı Özbəkistan elitasına mənsubdur. Tavadov Ded Xasanın sağlığında onun himayəsində olub. Lakin indi onu bu titulundan məhrum etmək istəyənlər meydana gəlib.

Surik heç bir zaman oğru hərəkətlərdə, "sxodka”larda iştirak etməyib, lagerlərə də maraq göstərməyib. Varlı təbəqəyə məxsus biri üçün qətlə görə həbsxanaya düşmək heç də asan sınaq olmayacaq. İndi Surik ən əsası öz titulunu qorumalı və bu titula layiq olduğunu həbsxana ictimaiyyətinin gözündə sübut etməlidir.
 
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol