• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada Mərkəzi məscidin təntənəli açılışı oldu

Moskvada Mərkəzi məscidin təntənəli açılışı oldu
23.09.2015 15:34
Rusiya paytaxtında inşa edilən 10 min nəfərlik Mərkəzi məscidin təntənəli açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər və Rusiyada fəaliyyət göstərən digər dini konfensiyların rəhbər şəxsləri iştirak ediblər.
 
Açılış mərasimi "Fatihə" surəsinin oxunması  ilə başlayıb.
 
Sonra Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin çıxış edib. Məscidin inşa edilməsində V. Putin və Moskva meri Sergey Sobyaninin xüsusi xidmətləri olduğunu söyləyən baş müfti dağıstanlı iş adamı Süleyman Kərimova göstərdiyi maddi dəstəyə görə minnətdarlığını bildirib.   
 
Fələstin prezidenti Mahmud Abbas isə çıxışı zamanı dünya müsəlmanları üçün xüsusi önəmi olan Əl-Aksa məscidinə olan hücumlardan danışıb. Dünyanın gözü qarşısında İsrailin Əl-Aksa məscidinə hücum etdiyini söyləyən Fələstin lideri dünya ictimaiyyətini qınayıb.
 
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan bu gün Moskvada Mərkəzi məscidin açılışında iştirak etməkdən qürur duyduğunu söyləyib: "Bu məscidin tikintisində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Əminəm ki, Moskvada məscidin insanlığa ehtiyacımız olduğu bir gündə açılması dünyada sülhün bərqərar olmasına kömək edəcək. Rusiyadakı müsəlman qardaşlarımızla aramızda olan münasibətlər iki ölkə arasında olan əlaqələri daha da inkişaf etdirməyə sövq edir. Rusiya fərqli inanclara sahib insanların bir yerdə yaşamasına ən böyük nümunədir”.     
 
Ərdoğan qeyd edib ki, İsrailin Fələstinə qarşı ədalətsiz münasibəti nəticəsində Əl-Aksa məscidi təhlükəli vəziyyətə düşüb. "Suriya, İraq, Liviya və Misirdən qaçan insanlar Avropada sığınacaq tələb edirlər. Bu gün bu utancverici mənzərənin şahidiyik. Aralıq dənizində ölən insanlığın vicdanıdır, insanlığın özüdür. Bu vəsilə ilə bütün dünyaya, bütün xalqlara böyük rus yazıçısı Lev Tolstoyun bu mesajını çatdırmaq istəyirəm - Həyatda ən gözəl yaxşılıq yaxşılığın özüdür. Bölgəmizdə yaşanan hadisələrə də bu prizmadan baxmalıyıq. Yaxın Şərqdə olan atəşi biz öz sevgimizlə söndürməliyik. Biz buna görə də sərhədlərimizə gələn 2 milyon qaçqını tərəddüd etmədən qəbul etdik. Ona görə də 4 ildir bu insanlara əlimizdən gələn hər cür yardımı edirik, onları ölkəmizdə saxlayırıq. Qaçqın probleminin həlli sərhədləri bağlamaqla deyil, dənizdə boğulmasına səbəb olmaqla həll edilmir”, - deyə o vurğulayıb.
 
Ərdoğan bildirib ki, Türkiyə tarixi boyu hər zaman müxtəlif inanclara sahib insanların vətəni olub. Onun sözlərinə görə, İstanbul başqa olmaqla, bir çox şəhərlərdə kilsə, məscid və sinaqoqları birlikdə görmək mümkündür: "Xalqların sülh şəraitində yaşaması Rusiya və Türkiyənin müştərək təcrübəsidir. Bu gün biz həmin təcrübəni burada nümayiş etdiririk. Bu gün ölkəmizdə on minlərlə rus yaşayır. Həmin ruslar özlərini türklərdən ayrı hiss etmirlər. Biz onları qəbul etməkdən çox məmnunuq”.
 
V. Putin isə çıxışında məscid açılışını Rusiya müsəlmanları üçün böyük tarixi hadisə adlandırıb: "İslam Rusiyanın ənənəvi dinlərindən biridir. Məscidin rekonstruksiyasına görə, qardaş ölkələr olan Türkiyə və Qazaxıstana təşəkkürümü bildirirəm. "Quran"da deyildiyi kimi yaxşı işlər görməyə səy göstərin. Müsəlman izi hər zaman tariximizdə olub. Bunu paytaxt Moskvanın küçələrinə baxdıqda da görmək olar. Son 20 ildə Rusiyada islamla bağlı ibadət yerlərinin sayı dəfələrlə artıb. Minlərlə insan Rusiyadan hər il Həccə gedir.
 
Bu gün Yaxın Şərqdə siyasi məqsədlərlə insanların dini hisslərindən istifadə olunur. İslam adı altında hansı vəhşiliklərin törədildiyini, insanların və tarixi abidələrin məhv edildiyini görürük".
 
Qeyd edək ki, 19 min kvadratmetr sahəyə malik 3 mərtəbədən və iki minarədən ibarət olan məscid Avropanın ən böyük məscidlərindən biridir. Məscidin hündürlüyü 46 metrdir. Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün şəhəri seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol