• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğanın oğlu: “İstanbuldayam, başqa vətənim yoxdur”

Ərdoğanın oğlu: “İstanbuldayam, başqa vətənim yoxdur”
23.10.2015 13:28
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğulu Bilal Ərdoğan "A Xəbər” telekanalının canlı verilişində sualları cavablandırıb.

Modern.az Türkiyə mediuasına istinadən bildirir ki, ilk dəfə canlı yayına çıxan dövlət başçısının oğlu  "İtaliyaya qaçdı” iddialarına cavab verib: "Bu an haradayam? İstanbuldayam. Bayramda da buradaydım. Mən vətənimdəyəm, mənim başqa vətənim yoxdur. Qaçmış, filan deyiləm. Bunun yetərli cavab olduğuna inanıram”.  

Bilal deyib ki, gözəl bir uşaqlığı keçib: "Siyasətin sıxlığını özüm bildim, atamın həyatında hiss etmişəm. Ramazanlarda belə doğru-dürüst iftar etdiyimiz belə azdır Atama çox giley etdik. Biz gənc yaşda anam və atamın ölkə üçün etdiyi fədakarlıqlarının nə qədər qiymətli olduğunu görmüş olduq.  

Siyasəti atamın həyatından öyrəndim. ...Atamı həbsxanaya uğurladığımızı unuda bilmərəm. Həbsxana qapısına yetişəndə atam orada toplananlara son sözlərini söylədi. Mən orada atamla vidalaşa bilmədim. Atamla vidalaşa bilməməyim məni çox üzmüşdü. Oradan tez-tez məktub gəlirdi.

Məqsədim Boğaziçi Universitetində oxumaq idi. Amerikada İndiana Universitetinə qəbul oldum. Atam həbsxanadan çıxışında da burada ola bilmədim”.    

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol