• $
  • €
  • ₽
  • ₺
  • £

Vətəndaşlığı pulla satın alınan ölkələr - SİYAHI

Vətəndaşlığı pulla satın alınan ölkələr - SİYAHI
02.11.2015 13:45
ANN.Az pul qarşılığında vətəndaşlıq verən ölkələrin siyahısını oxuculara təqdim edir:

1. Malta 

650 min avro qarşılığında Malta dövləti vətəndaşlıq vermək haqqını tanıyır. Avropa Birliyi  vətəndaşı olma şansı, Şengen bölgəsində olması və ABŞ ilə viza razılaşmasının olması Maltanı digər ölkələrdən fərqləndirir.


2. Sinqapur

Əgər bank hesabınızda 2 milyon dollar varsa, Sinqapur vətəndaşlığı almağa gücünüz yetər. Lakin bir şərt daha var: illik 160 milyon dollar ətrafında bir ciroya (160 milyon dollarlıq çek hesabınız varsa) sahib olmalısınız. Yəni bu sizlər üçün çox əla bir variantdır.


3. Avstriya

Avstriya dövləti də pul qarşılığında vətəndaşlıq vermək haqqını tanıyır. Amma nə qədər pul tələb etdikləri bilinmir, bu rəqəm bir çox adam üçün gizli tutulur. Vətəndaşlıq üçün pul xaricində insanlardan qeyri-adi bir qabiliyyət və ya müvəffəqiyyət kimi maraqlı istəklər də tələb olunur. Yəni dilinizi burnunuza çatdıra bilirsinizsə, müraciət etməyə dəyər.


4. Belçika

Belçika vətəndaşı olmaq üçün ən az 3 il Belçikada yaşamaq lazımdır. Bu şərti yerinə yetirsəniz, dövlət tərəfindən sizin üçün təyin olunan bir miqdar pul qarşılığında Belçika vətəndaşı ola bilərsiniz.


5. Cənubi Kipr

Rəsmi olaraq tanınmasa da, Avropa Birliyi üzvü olan Kipr Rum seqmentinin vətəndaşlıq haqqı üçün tələb etdiyi pul 3 milyon avrodur.


6. Çernoqoriya 

500 min avronuz varsa, köhnə Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan kiçik Balkan ölkəsinin vətəndaşı ola bilərsiniz.


7. Antiqua və Barbuda

Karib dənizinin şərqində, Kiçik Antil ada qrupundakı müstəqil bir ada ölkəsi olan Antigua və Barbuda vətəndaşlıq üçün 400 min dollar istəyir.


8. Dominika

Kiçik Antillerdə bir ada dövləti və rəsmi dili ingilis dili olan Dominika vətəndaşlıq haqqı üçün birbaşa pul istəmir. Dominikada 100 min dollar qarşılığında investisiya qoysanız vətəndaşlıq da əldə etmiş olarsınız.


9. Dominikan Respublikası

Dominika ilə qarışdırılmaması lazım olan bu ölkə də vətəndaşlıq üçün 100 min dollar istəyir. Amma bu rəqəm subay adamlar üçün keçərlidir. Evli və ya uşaqlarınız varsa,  bu məbləğ 200 min dollara qalxır.


10. Qranada

Vətəndaşlıq hüququ üçün 100 min dollarlıq investisiya şərti qoyan digər ada ölkəsi də Qranadadır. Bu ölkə Karib dənizinin şərqində yerləşir.


11. Sent Kits və Nevis

İki adadan ibarət olan bu federal ölkə 250 min dollar qarşılığında vətəndaşlıq haqqını sizlərə verir. Ancaq bir istisnası var: Bu ölkə farslarl sevmir və İranlılara vətəndaşlıq verilmir.


12. ABŞ

ABŞ-dan vətəndaşlıq almağın şərtləri: Əgər 1 milyon dollarlıq şirkət qurub  və ya 500 min dollarlıq investisiya etsəniz, müddətsiz vətəndaşlıq almaq imkanınız olar. Və beş il Amerikada fasiləsiz yaşayarsınız, vətəndaşlıq almaq hüququnuz var.


13. İngiltərə

Birləşmiş Krallığın vətəndaşı olmaq istəyirsinizsə 5 il müddətlə 1 milyon poundluq investisiya etməyiniz lazımdır.


14. Makedoniya

400 min avro dəyərində investisiya edib ən az 10 işçini işlə təmin etsəniz, Makedoniya vətəndaşı ola bilərsiniz.


15. Bolqarıstan

Bu ölkə də ən az bir il yaşayıb 1 milyon levalıq (1,2 milyon dollar) investisiya etsəniz, vətəndaşlıq ala bilirsiniz.


16. Albaniya

Albaniyanın şərti də 200 min dollar investisiya qoymaqla bağlıdır.


17. Almaniya

Almaniya vətəndaşlığı üçün lazımlı olan minimum investisiya miqdarı 250 min avrodur. Bununla alman vətəndaşlarına məşğulluq yaradırsınızsa, siz artıq vətəndaşlıq qazanmış olursunuz.


18. Qvatemala

Beş il müddətində ən azı 50 min dollarlıq investisiya etsəniz, Qvatemalalı ola bilərsiniz. 


19. Honq Konq

Asiyanın ən böyük sərbəst bazarı və limanı, ən işlək ticarət, sənaye və turizm mərkəzi Honq Konq vətəndaşlığı üçün təxminən 1 milyon 260 min dollar məbləğində bir investisiya etməyiniz lazımdır.


20. Kanada

800 min dollarlıq varidatınız varsa və ölkədə 400 min dollarlıq yatırım qoyarsınızsa, artıq Kanadalı ola bilərsiniz. 


21. Slovakiya

Avropa Birliyi ölkəsi  olan Slovakiya vətəndaşlıq üçün 1 milyon avroluq sərmayə istəyir.


22. İrlandiya

500 min dollarlıq investisiya qoyarsınızsa, bu Avropa Birliyi ölkəsinin vətəndaşlığı üçün hökumətin müəyyən etdiyi tarixi gözləməyiniz lazımdır. Sizinlə bağlı 3 ay, yaxud  5 il sonra qərar veriləcək, bu artıq hökumətin öz işidir.


23. Uruqvay

Uruqvay vətəndaşı olmağınız üçün çox miqdarda pul verməyiniz lazım deyil. Yalnız yoluxucu xəstəlik olmaması və aylıq 1200 dollar maaşının olması kifayətdir. Bu ölkə də 3 il yaşamısınızsa, Uruqvay dövlətinin vətəndaşı ola bilərsiniz.
 
 

Orxan Aslanlı


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol