• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya İranın çoxdan gözlədiyi addımı atdı

Rusiya İranın çoxdan gözlədiyi addımı atdı
09.11.2015 17:11
Rusiya İranla С-300 Hava Hücumundan Müdafiə sistemlərinin tədarükünə dair müqavilə imzalayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov "Dubai Airshow-2015" sərgisində jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, tezliklə Rusiya yenidən İrana С-300 raketlərinin satışını bərpa edə bilər. Əgər Rusiya müqavilənin şərtlərinin birinci hissəsini yerinə yetirərsə, İran Rusiyaya qarşı məhkəmə iddialarını geri götürəcək. 

Rusiya və İran 2007-ci ildə С-300 komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010 –cu ildə Birləşmiş Millətlər Təşilatının (BMT) Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından sonra Rusiya bu ölkəyə C-300 kompleksinin satışını dayandırdı. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı.

İran və "Altılıq" ölkələri arasında uzun müddətdir davam edən nüvə danışıqları müsbət nəticələndiyi üçün bu ölkəyə silah satışı ilə bağlı beynəlxalq sanksiyalar aradan qaldırılır. ABŞ və Avropa İttifaqı BMT TŞ tərəfindən tətbiq edilən sanksiyaların mərhələli şəkildə ləğv edilməsi barədə birgə plan işlənib hazırlanır. 


С-300 raket kompleksi 


BMT-nin 2006-2010 illərdə qəbul etdiyi qətnamələrlə İranın neft, neft-kimya və qaz sənayesinə xarici investisiyaların yatırılması qadağa qoyulub. Daha sonra Qərb İran neftinə embarqo qoyulmuş və İslam Respublikasının xaricidəki hesabları dondurulmuşdu. 


С-300 raket kompleksindən istifadə edən ölkələr (qırmızı rənglə işarələnib)


Həmçinin İran üzərindən maliyyə və iqtisadi sankisiyalar məlhələli şəkildə götürülür. Artıq qonşu ölkə üzün illərdən bəri kənarda qaldığı beynəlxalq münaqişlələrin həlli ilə bağlı danışıqlara dəvət olunur. Bu isə İranın regionda nüfuzunu daha da artırır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol