• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər Yerə bənzər planet aşkar etdilər

Alimlər Yerə bənzər planet aşkar etdilər
12.11.2015 11:47
Ölçüləri təxminən Yer planeti ölçüləri qədər olan, amma yüksək temperatur ilə seçilən qayalıq planet astronomlar tərəfindən aşkar edilib. Planet Günəşdən 39 işıq ili məsafəsində yerləşir.

Oxu.Az xəbər verir ki, bu səma cismi haqqında Nature jurnalında yazılıb.

GJ1132b planeti Yerdən 1,2 dəfə böyükdür. O, əsasən dəmir və qayalıqlardan ibarətdir. Səma cisminin diametri 15 min kilometr, kütləsi isə 60 faiz çoxdur. Onun səthində dayanan insan Yerdə olduğundan 20 faiz çox cazibə qüvvəsi hiss edərdi.

Bu, Yerə bənzər ən yaxın planetdir, o analoqlarından fərqli olaraq Günəşə üç dəfə yaxındır.

GJ1132b insan üçün çox istidir, amma sıx atmosferə malik ola bilər. Alimlər ehtimal edirlər ki, o Venera planetinə çox bənzəyir. Onun atmosferində helium və hidrogen üstünlük təşkil edir. Əgər keçmişdə GJ1132b-nın səthində su olubsa, o zaman onun atmosferində oksigen və karbon qazı ola bilər.

Astronomlar bu hipotezaları gələcək nəsil teleskoplarından, məsələn, Ceyms Uebbinin (2018-ci ildə buraxılacaq) teleskopundan birbaşa müşahidələr apararaq, yoxlamağa ümid edirlər. Beləliklə, alimlər planetdə qürubun rəngini müəyyənləşdirəcəklər, müvafiq olaraq səthin istiliyini, eləcə də küləklərin gücünü müəyyənləşdirəcəklər.  

Astronomlara məlum olan qayalıq planetlərin əksəriyyətinin səthi istidir: o planetlərdə səthin temperaturu iki min dərəcəni keçir, daha öncə Günəşə yaxın olan Yerə bənzər planet 127 işıq ili məsafəsində aşkar edilmişdi.

"Bizim son məqsədimiz Yer planetinin əkizini tapmaqdır, amma bu yolda Veneranın əkizini tapdıq. Biz orada atmosferin Venera planetində olduğu kimi olmasından şübhələnirik, onu müşahidə etmək üçün səbirsizlənirik”, - Harvarddan tədqiqatın həmmüəllifi Devid Şarbonno qeyd edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol