• $
  • €
  • ₽
  • ₺
  • £

Son yeddi ayda Yəməndə 5 min 700 dinc sakin öldürülüb

Son yeddi ayda Yəməndə 5 min 700 dinc sakin öldürülüb
19.11.2015 23:11
İohannes van der Klauv : Ölkə əhalisinin 82 faizinin humanitar yardıma ehtiyacı var

Yəməndə bu ilin martından hakimiyyətlə qiyamçı husilər arasındakı silahlı münaqişə nəticəsində 830-u uşaq və qadın olmaqla 5 min 700 dinc sakin həlak olub, 26 mindən çox insan yaralanıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Yəmənə Humanitar Yardım üzrə əlaqələndiricisi İohannes van der Klauv bildirib.

Onun sözlərinə görə, Yəməndə infrastruktur xidmətlər günü-gündən pisləşməkdədir: "14 milyondan çox insan səhiyyə xidmətindən məhrumdur. 3 milyondan çox uşaq və hamilə qadın yetərincə qidalanmadığından müalicəyə ehtiyac duyur. Münaqişə ucbatından 1,8 milyon uşaq məktəbə gedə bilmir. Ölkə əhalisinin 82 faizinin, yaxud 21,2 milyonunun humanitar yardıma ehtiyacı var".

BMT təmsilçisi bildirib ki, Yəmənin 8 min 800-dən çox vətəndaşının insan haqqının pozulduğu təsbit edilib.

Qeyd edək ki, Yəmən əhalisinin sayı barədə müxtəlif məlumatlar var. Ölkə əhalisinin sayının 30,2 milyon və ya 24 milyon 799 min 880 nəfər olduğu bildirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol