• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə yeni hökumətin tərkibi açıqlandı

Türkiyədə yeni hökumətin tərkibi açıqlandı
24.11.2015 16:41
Türkiyədə 64-cü cümhuriyyət hökumətinin tərkibi bəli olub.
 
APA-nın xəbərinə görə, yeni hökuməti formalaşdırmaq vəzifəsi verilmiş Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu bu gün prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb və Nazirlər Kabinetinin tərkibini ona təqdim edib. R. T. Ərdoğan yeni hökuməti təsdiqləyib. Hökumətin tərkibi aşağıdakı kimidir:  
 
Baş nazir  - Əhməd Davudoğlu
Baş nazirin müavinləri – Toğrul Türkeş, Mehmet Şimşək, Numan Kurtulmuş, Lütfü Əlvan, Yalçın Akdoğan
Xarici işlər naziri – Mövlud Çavuşoğlu
Daxili işlər naziri – Əfqan Ala
İqtisadiyyat naziri – Mustafa Elitaş
Ədliyyə naziri – Bəkir Bozdağ
Maliyyə naziri – Naci Ağbal
İnkişaf naziri – Cövdət Yılmaz
Əmək və sosial müdafiə naziri – Süleyman Soylu
Milli təhsil naziri – Nabi Avcı
Kommunikasiya, dənizçilik və rabitə naziri – Binali Yıldırım
Ailə və sosial siyasət naziri - Səma Ramazanoğlu 
Avropa Birliyi naziri – Volkan Bozkır
Elm, sənaye və texnologiya naziri – Fikri İşıq
Ekologiya, şəhərsalma naziri – Fatma Güldəmir Sarı
Enerji və təbii ehtiyatlar naziri – Berat Albayrak
Qida və heyvandarlıq naziri – Faruk Çelik
Gənclər və idman naziri – Akif Çağatay Kılıç
Gömrük naziri – Bülənt Tüfəkçi
Mədəniyyət və turizm naziri – Mahir Ünal.
 
Qeyd edək ki, hökumətdə AKP-nin hakimiyyətə gəldiyi gündən bu yana ölkə iqtisadiyyatını idarə edən Əli Babacanın olmaması diqqət çəkib. Prezident Ərdoğanın Ə. Babacanın namizədliyinə qarşı çıxdığı bildirilir. Yeni enerji və təbii ehtiyatlar naziri Berat Albayrak isə R. T. Ərdoğanın kürəkənidir.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol