• $
  • €
  • ₽
  • ₺
  • £

""Su-24" təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub"

""Su-24" təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub"
25.11.2015 09:00
Rusiyaya məxsus "Su-24” təyyarəsi təhlükələrə cavab qaydaları çərçivəsində vurulub.
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra deyib.

"Biz bu vəziyyətin bu cür olmasını istəmirdik, lakin hər kəs Türkiyənin öz sərhədlərini qorumaq hüququna hörmətlə yanaşmalıdır. Naməlum təyyarə bizim hava məkanımızı pozub, beş dəqiqə ərzində ona 10 dəfə xəbərdarlıq edilib, lakin pozuntu davam edib. Qəbul olunmuş və bundan əvvəl elan edilmiş təhlükələrə cavab qaydaları çərçivəsində həmin təyyarəyə qarşı tədbir görülüb”, deyə Ərdoğan qeyd edib.  

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə hava zərbələrinə məruz qalan Suriya türkmənlərinə hücumları qəti şəkildə pisləyir: ""Bayırbucaq türkmənlərinin olduğu bölgə İŞİD terror qruplaşmasının olduğu bölgə deyil, qoy heç kim heç kimi aldatmasın. Orada sadəcə Bayırbucak türkmənləri, soydaşlarımız, qohum-əqrəbalarımız yaşayır... Bu səbəbdən dinc əhali Türkiyə sərhədi boyu yerləşməyə məcbur olub".

Onun sözlərinə görə, bununla belə, Türkiyənin hər-hansı ölkəyə qarşı düşmən olmaq niyyəti yoxdur. "Bizim bu insidentdən yan keçmək üçün əlimizdən gələni etməyimizə dair heç kimin şübhəsi olmasın", deyə prezident qeyd edib.   


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol