• $
  • €
  • ₽
  • ₺
  • £

Nyu Yorkda milyonlarla dollarlıq rüşvət qalmaqalı

Nyu Yorkda milyonlarla dollarlıq rüşvət qalmaqalı
30.11.2015 20:05
Prokuror Nyu Yorkdan olan nüfuzlu siyasətçilərdən birinin illərdir ki, ictimaiyyətdən aldatma yolu ilə necə rüşvət almasından məhkəmədə danışıb. 

Nyu-York Məclisinin spikeri, ştatın ən nüfuzlu siyasətçilərindən olan Sheldon Silver-dən gedir. O, hələ bu ilin əvvəlində korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanmışdı. Demokratlar partiyasından olan Silver 1994-cü ildən Məclisə rəhbərlik edir.

İttihama görə, onun bir neçə il ərzində topladığı rüşvət 4 milyon dolları keçir. 
"Onun rüşvətlə bağlı bütün iç üzü bu məhkəmədə açıldı” – deyə Nyu York federal məhkəməsində prokuror Andrew Goldstein bildirib.

Silver-in vəkili Steven Molo isə deyib ki, prokuror vəziyyəti sadəcə kriminallaşdırır.

"Bu, aksiomadır, sübuta ehtiyacı yoxdur” –deyib Molo.

Silver-in Senatda həmkarı, çoxluğun keçmiş lideri Dean Skelos-un da adı eyni məhkəmədə rüşvət qalmaqalında keçir. 

71 yaşlı Silver və 67 yaşlı Skelos həbslərindən sonra yüksək rütbəli vəzifələrindən istefaya göndəriliblər, amma hələ də onların qanunverici kimi fəaliyyətləri davam edir.

MÜŞTƏRİ QARŞILIĞINDA MÜKAFAT

Prokuror Goldstein-in dediyinə görə, Silver dövlət qrantından xərçəng tədqiqatçısı Robert Taub-a 500 min dollar həcmində mükafat verib, Taub isə öz xəstələrini Silver-in hüquq firmasına cəlb edib. Prokurorun iddiasına görə, Silver firmadan milyonlarla dollar haqq əldə edib. 

Silver-in vəkili Molo isə deyir ki, Taub-un öz ifadəsində bildirdiyinə görə, onlar bir-birinə dostluq münasibətləri çərçivəsində kömək ediblər, aralarında hər hansı qrant pul müqaviləndə heç bir razılaşma olmayıb.

Silver başqa bir hüquq firmasına aid əmlakı mənimsəməklə 700 min dollar rüşvət əldə etməkdə də ittiham olunur. Prokurorun dediyinə görə, o bu pulu vergiləri azaltmaq müqabilində alıb.

Məhkəmə heyətinin ittihamlarla bağlı müzakirəyə gələn həftə başlayacağı gözlənir. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol