• $
  • €
  • ₽
  • ₺
  • £

Bəşər Əsəd: “Sülh sazişinin bağlanması mümkündür”

Bəşər Əsəd: “Sülh sazişinin bağlanması mümkündür”
01.12.2015 09:12
Prezident Bəşər Əsəd Suriyadakı münaqişənin nizamlanması üzrə danışıqların Praqada aparılmasının tərəfdarıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriyanın dövlət başçısı Çexiya televiziyasına müsahibəsində bəyan edib

"Çexiya özünün düşünülmüş mövqeyi ilə fərqlənir. Misal üçün, sülh konfransı Fransada baş tuta bilməz. Bu ölkə terrorizmi və müharibəni dəstəkləyir. Praqaya dair təklif bütün tərəflərin ürəyincə oldu”, deyə B.Əsəd bildirib.

Suriya prezidenti Çexiyanın paytaxtında sülh sazişinin bağlanma imkanlarını təsdiqləyib: "Bu tam realdır. Bunun gerçəkləşməsini həm hökumət, hə də müxalifət istəyir”.

B.Əsədin sözlərinə görə, münaqişənin nizamlanmasının əsas şərti  terrorizm üzərində qələbədir: "Məhz bunun nəticəsində səmərəli siyasi dialoq və ölkədə vəziyyətin normallaşması mümkündür”.

O, həmçinin avropalıları suriyalı qaçqınlara yardım göstərməyə çağırıb: "Onların əksəriyyəti namuslu və vicdanlı insanlardır. Lakin etiraf etməliyik ki, qaçqınların sıralarına terrorçular da qəsdən yeridilir. Sayları nə qədərdir - demək çətindir”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol