• $
  • €
  • ₽
  • ₺
  • £

Kasparov Putini yerdən-yerə vurdu

Kasparov Putini yerdən-yerə vurdu
11.12.2015 15:37
Rusiyanın müxalif siyasətçisi, şahmat üzrə 13 dəfə dünya çempionu Harri Kasparov Vladimir Putin rəhbərliyinin Türkiyə ilə gərginliyi qızışdırmasını və iqtisadi sanksiyalar tətbiqini tənqid edib.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Kasparov deyib: "Putinin Türkiyəyə istiqamətlənən addımları viziyonsuz, dar fikirli, çox axmaqca, çox provokasiyalı və əslində Rusiyanın zərərinədir”.

Putin rəhbərliyinin təzyiqləri səbəbindən siyasi fəaliyyətini xaricdə davam etdirmək məcburiyyətində qalan  Kasparov, yeni kitabının təqdimatı üçün gəldiyi Berlində AA müxbirinin  suallarını cavablandırıb.   Rusiyanın dövlət başçısı Vladimir Putinin iqtidarını davam etdirə bilmək üçün  təhlükəli bir siyasət yürütdüyünü və bunun dayandırılması lazım olduğunu qeyd edən Kasparov Türkiyənin hava sahəsini pozan Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra Rusiyanın gərginliyi qızışdırmağa davam etməsini tənqid edib.

Putinin nəzarət etdiyi təbliğat kanalları ilə Rusiya ictimaiyyətinə fərqli bir münasibət təqdim etdiyini, bu yolla təməli olmayan bir güc nümayişində olduğunu və  iqtidarını qüvvətləndirməyə çalışdığını vurğulayan Kasparov deyib:

"Putinin iqtidarını davam etdirmə strategiyası virtual həqiqət üzərində qurulub. Özü barəsində böyük sözlər deyir,  böyük reaksiyalar göstərir  "Savaşa girə bilərik” deyir. Ancaq təbii ki, NATO üzvü  bir ölkəyə qarşı döyüşə girməyəcək”.  


Putin rəhbərliyinin Türkiyəyə yönəlik iqtisadi sanksiyalarının əslində  Rusiyaya zərər verəcəyi xəbərdarlığını edən Kasparov fikirlərini belə davam etdirib: "Qaynağı yox, amma sanksiya tətbiq edir və bu yolla əslində Rusiya xalqına zərər  verir. Vəziyyət ciddidir. Bütün Rusiyanı böyük bir böhrana sürüyür.

Onsuz da Rusiyanın  Avropa ölkələri ilə iqtisadi əlaqələri kəsilib, indi Türkiyə ilə kəsilir. Türkiyəyə sanksiyalar səbəbindən Rusiya turizm sektoruna zərər dəydi, bu sektor  az qala ölüb. Putinin Türkiyəyə yönəlik addımları, dar fikirli, çox axmaqca, çox provokasiyalı və əslində Rusiyanın zərərinədir. Çox təəssüf ki, Putin qısa vədəli oyunları hesabına Rusiyanın mənfəətlərini qoruya biləcəyini düşünür”.  


Putinin xaosdan bəsləndiyi xəbərdarlığını edən Kasparov deyib:”Xaosun ölçüsünü və hara çatacağı onun umurunda deyil. Ukrayna, Baltik ölkələri,  Ermənistan-Azərbaycan, ya da Suriya… Hara olursa-olsun, yetər ki xaos olsun. Suriya təbii ki, Putin üçün ideal.

Çünki tamamilə bir xaosdur. Ayrıca Rusiya bir  müddətdir NATO ölkələrinin hava məkanlarını pozaraq NATO-nun dayanıqlılığını test edirdi. Türkiyə ilə yaşanan qarşıdurma zamanı Putin böyük sözlər işlətdi, ancaq geri addım atdı. İndi  nüvə müharibəsi ifadəsindən istifadə edir. Bunlar hamısı göz dağı, şantajdır. Məğlub olmaz olduğunu  göstərmək məcburiyyətindədir. Bu diktatorun dayandırılması lazımdır”.  

Qərbin Putinin addımlarına etiraz edəcək tutarlı bir siyasət yeritməsinin lazım olduğunu iddia edən Kasparov bildirib: "Qərbin bu anda Putinə qarşı təəssüf ki, tutarlı siyasəti yoxdur. Eynilə soyuq müharibə dövründə olduğu kimi ortaq siyasət yürüdülməlidir. Qərbin bir planla ortaya çıxmasının böyük əhəmiyyəti var, ancaq bu ana qədər gerçək mənada bir liderlik görə bilmədik”.    

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol