• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda siqaretlərin qiyməti 2-3 dəfə bahalaşdı

Gürcüstanda siqaretlərin qiyməti 2-3 dəfə bahalaşdı
05.01.2016 12:34
Gürcüstanda "Philip Morris" firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə artırılıb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, Tblisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək, demək olar ki, mümkün deyil.

"Parlament" siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, "Marlboro" 1,3 dollardan 3,3 dollara, "Chesterfield" 0,9 dollardan 2 dollara, "LM" təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.

Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.

Qeyd edək ki, 2015-ci il dekabrın 11-də Gürcüstan parlamenti "Vergi məcəlləsi"ndə dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti qalxıb. Hökumətin planına əsasən, tütün məmulatlarının qiyməti yaxın 8 ildə hər il qalxacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol