• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə ali məktəb müəllimlərinin həbsinə başlandı

Türkiyədə ali məktəb müəllimlərinin həbsinə başlandı
15.01.2016 11:29
Türkiyənin Kocaeli Universitetində çalışan 21 müəllim polis tərəfindən saxlanılıb.
 
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, ali məktəb müəllimləri Kocaeli Cümhuriyyət Prokurorluğunun "Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, hökumətini, Böyük Millət Məclisini və dövlətin hüquq-mühafizə sistemini açıq şəkildə aşağılamaq” və "Terror təşkilatının təbliğatını aparmaq” ittihamı ilə açdığı cinayət işi çərçivəsində bu gün polis idarəsinə aparılıblar.
 
Saxlanılanlar "Barış üçün akademisyenler inisiyatifi” adlı müraciətdə imzası olan şəxslərdir. Müraciətə ümumilikdə Türkiyədəki 89 universitetindən 1128 nəfər imza atıb. Sənəddə Türkiyənin cənub-şərqində aparılan hərbi əməliyyatlara qəti etiraz bildirilir və əməliyyatların dərhal dayandırılması tələb olunur. Müraciət müəllifləri dövləti kürd xalqı başda olmaqla, bütün bölgə xalqlarına qarşı qətliam və sürgün siyasəti həyata keçirməkdə ittiham ediblər. Müraciətə aralarında Noam Çomskinin də olduğu, xarici ölkələrin akademik çevrələrinin bəzi nümayəndələri də imza atıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol