• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkəni defolt gözləyir

Bu ölkəni defolt gözləyir
11.02.2016 15:55
Venesuela müflis olma həddinə çatdı. İnvestorlar Venesuelanın öz xarici borclarını qaytarmağa qabiliyyətinə malik olmasına şübhə edirlər.

ANN.AZ oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumat yayıb.

İnvestisiya fondlarının əsəbililiyi ölkənin müstəqil səhmlər üzrə fevral ayının 26-na düşən ödəmə tarixi yaxınlaşdıqca artır.

İnvestisiya icmasının pessimizmi milli valyutanın kəskin ucuzlaşması və Venesuelanın mənfi ticarət balansı fonunda meydana gəlib. Günə 2,5 milyon barelə yaxın neft istehsal edən Venesuela, neft istehsalçılarının ilk onluğuna daxildir.

Ölkənin böhran vəziyyətində sabitləşdirici fondunun olmaması defoltu praktiki olaraq qaçınılmaz edir. Qızıl valyuta fondları son 12 il ərzində ən aşağı səviyyədədir (15,3 milyard dollar, onun 65%-i qızıl şəklindədir). Yalnız bu il ölkə öz xarici borcunu ödəmək üçün 9,5 milyard dollar sərf edəcək. Ölkənin defolt ehtimalı yaxın beş ildə 97% səviyyəsində dəyərləndirilir.

"Məsələ Venesuelanın defolta uğramasında deyil, əsas məsələ bunun nə zaman baş verəcəyindədir”, - "Latinvest Group Holdings” investisiya bankının tərəfdaşı Rass Dallen qeyd edib.

"Moody's” neftin qiymətlərinin uculaşmasına görə, Venesuelanın 2016-cı ildə neftin qiymətinin bir barel üçün 30 dollar səviyyəsində qalacağı halda əldə edə bilməyəcəyi gəliri 33 milyard dollar səviyyəsində qiymətləndirir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol