• $
  • €
  • ₽
  • ₺
  • £

"WhatsApp" çöktü

"WhatsApp" çöktü
12.03.2016 14:50
Dünyanın ən populyar ani mesajlaşma sistemi olan "WhatsApp"da problem yaranıb.
 
ANS PRESS-in məlumatına görə, bu gün səhər saatlarında "WhatsApp"a girən istifadəçilər problemlə qarşılaşıblar. Belə ki, onlar yazdıqları mesajları göndərə bilməyiblər. 

Problem mesajların göndərilə və alına bilməməsi, eləcə də hesablara giriş məhdudiyyəti formasında özünü büruza verib.  Sistemin çökməsi barədə xəbər isə "Twitter" sayəsində bir anda bütün dünyaya yayılıb. Xəbər "WhatsApp çökdü" başlığı ilə yayılıb. 

Sosial şəbəkələrdə paylaşılan məlumatlarda aydın olub ki, sistemin çökməsi fərqli ölkələrdə, həm iOS, həm də Android istifadəçilərinin işini çətinə salıb. 

Hələlik "WhatsApp" problemin nə olduğu və nə zaman həll ediləcəyi ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb. 

İlkin ehtimala görə, bu problem istifadəçi sayının çoxluğundan qaynaqlanır.


"WhatsApp” smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

Bir neçə il öncə bu sistem "Facebook" tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, hazırda istifadəçi sayı milyonlarladır. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol