• $
  • €
  • ₽
  • ₺
  • £

İran hasilatı dondurmayacaq

İran hasilatı dondurmayacaq
14.03.2016 12:56
İran neft hasilatını dondurmayacağını bildirir. Ötən ay Rusiya ilə Səudiyyə Ərəbistanı dünyada neftin ucuzlaşmasını önləməkdən ötrü hasilatın yanvar səviyyəsində dondurulması barədə ilkin razılaşma əldə etmişdi.

İranın Neft naziri Bijan Namdar Zanganeh martın 13-də Press TV-yə deyib ki, digər neft hasilatçıları "bizdən əl çəkməlidirlər”. Zanganeh deyir ki, Tehran hasilatı gündə 4 milyon barrelə çatdırandan sonra dondurulma barədə düşünə bilər. Nüvə proqramına görə beynəlxalq sanksiyalar qoyulanadək hasilat bu səviyyədə idi.

Zanganeh daha öncə deyirdi ki, hasilatın dondurulması "bir zarafat” olardı və İran bazarda itirdiyi payı bərpa etməyə çalışır.

Neft İxrac edən Ölkələrin Təşkilatı (OPEC) İranın hazırda günə 2.8-3.5 milyon barrel neft istehsal etdiyini bildirir.

Rusiya-Səudiyyə razılaşmasına Venesuela və Qətər də imza atıb. Məqsəd 2014-cü ilin ortasından bəri 70 faiz düşən qiymətləri sabitləşdirməkdir. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol