• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yaxalanan terrorçu Suriyada üzə çıxdı

Bakıda yaxalanan terrorçu Suriyada üzə çıxdı
21.03.2016 14:45
1998-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatçılarının Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə birgə keçirdiyi əməliyyat nəticəsində Bakıda yaxalanan yüksək rütbəli "Əl-Qaidə” mənsubu Suriyada üzə çıxıb. 

Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, martın 18-də internetdə yayılmış videogörüntülərə əsasən veteran misirli cihadçı, "Əl-Qaidə” lideri Ayman əs-Zəvahirinin "sağ əli” hesab olunan Ahmed Salam Mabruk hazırda bu terror şəbəkəsinin Suriya filialı olan "Əl Nüsra Cəbhəsi”nin lideridir. Bu haqda ABŞ-ın "The Long War Journal” portalının redaktoru Tomas Joscelyn yazır.
Əbu-əl-Fərəc əl-Məsri kimi də tanınan Ahmed Salam Mabruk "Əl Nüsra Cəbhəsi”nin Suriya üsyanının ildönümü ilə bağlı sosial şəbəkələrdə yaydığı videorolikdən tanınıb.

O, "Əl-Nüsra Cəbhəsi”nin ali şurasının üzvüdür. Mabruk videorolikdə demokratiyanı pisləyir, demokratik idarəçiliyin "müstəmləkəçiliyin yeni forması” olduğunu bildirir, Suriyanın xilas yolunun "cihad olduğunu” deyir.

"The Long War Journal” yazır ki, "İslami Cihad” qruplaşmasının üzvü olan Mabrukun cihadçı karyerası 30 il bundan əvvəl başlayıb.

O, ilk dəfə 1981-ci ildə Misirdə prezident Ənvər Sadatın öldürülməsindən sonra həbs edilib. 7 il həbsdə saxlanılıb və 80-ci illərin sonlarında azadlığa çıxıb. Azadlığa çıxandan sonra 1989-cu ildə Əfqanıstana gedib, 90-cı illərin əvvəllərində isə Yəməndə radikal islamçı fəaliyyətini davam etdirib.

Daha sonra "Əl-Qaidə”nin indiki lideri Ayman əs-Zəvahiri ilə birlikdə fəaliyyət göstərib. 1996-cı ildə Rusiya Federal Təhlükəsizlik Xidməti Mabruku Zəvahiri ilə birlikdə Dağıstanla sərhəddə saxlamışdı. Ancaq daha sonra Rusiya hakimiyyəti terrorçuları müəmmalı şəkildə azadlığa buraxıb.

Təxminən iki il sonra, 1998-ci ilin yayında Mabruk yenidən saxlanılıb. Bu dəfə o, Azərbaycan xüsusi xidmət orqanlarının hədəfində idi. "The Looming Tower”-dən jurnalist Lourens Rayt yazıb ki, Mabrukun Bakıda yaxalanması Mərkəzi Kəşfiyyat İdarəsinin beynəlxalq miqyaslı axtarış əməliyyatlarının tərkib hissəsi idi. 1998-ci ilin iyulunda Mabruk və "İslami Cihad”ın daha bir misirli üzvü Bakı kənarındakı restoranlardan birində MKİ əməkdaşları tərəfindən yaxalanıb.

Onun içərisində "İslami Cihad”ın və "Əl-Qaidə”nin Avropadakı fəaliyyətinə dair mühüm məlumatların yer aldığı notbuku da ələ keçirilib.

Keçmiş FTB agenti Den Koulmandan sitat gətirən jurnalist yazıb ki, Mabrukun notbuku "Əl-Qaidə”nin "Rozetta daşı” idi. Lakin MKİ kompüterdəki məlumatları FTB-yə verməkdən imtina edib.

Xeyli sonra nəhayət FTB kompüterdəki məlumatları alıb, ancaq mənasız bürokratik çəkişmə nəticəsində vaxt itirilmişdi və bu məlumatlar artıq işə yaramırdı.

Mabruk Bakıda yaxalandıqdan sonra Misirə ekstradisiya edilib və terrorçuluq fəaliyyətinə görə məhkum olunub. Lakin 2011-ci ildə Misirdə Hüsnü Mübarəkin devrilməsi və "Müsəlman qardaşlığı” hərəkatının hakimiyyətə gəlişi sayəsində Mabruk həbsxanadan buraxılıb.

Bu dəfə Misirdə terrorçuluq fəaliyyətini açıq davam etdirib. Misirdə "Müsəlman qardaşlığı” hərəkatının hakimiyyəti dövründə Ayman əs-Zəvahirinin kiçik qardaşı Muhammed əl-Zəvahiri də həbsdən buraxılıb və onu Mabrukla birlikdə tez-tez görüblər. Lakin belə görünür ki, Misirdə hərbçilərin hakimiyyəti ələ almasından sonra Mabruk bu ölkəni tərk edib və indi Suriyada "Əl-Qaidə”nin filialının liderlərindən biri kimi fəaliyyətini davam etdirir.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol