• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəng xəstəliyi ilə mübarizə üçün nanorobot yaradıldı

Xərçəng xəstəliyi ilə mübarizə üçün nanorobot yaradıldı
04.11.2016 10:34
Alim Pak Çae Henin rəhbərliyi altında işləyən Cənubi Koreyadan olan  mütəxəssislər qrupu xərçəng xəstəlikləri ilə mübarizədə yeni texnologiya icad ediblər. 

Onların fikrincə, nə şüalanma, nə də kimyaterapiya deyil, məhz onlar tərəfindən yaradılmış unikal robot xərçəng şişinə qalib gələcək.

"Fareast Gizmos” portalı yazır ki, xərçəng şişini məhv edəcək yeni nanorobotun yaradılmasında Cənubi Koreyanın Sonqyunqvan Universitetinin əməkdaşları iştirak ediblər. Onlar tərəfindən hazırlanmış mikroskopik həllin özəlliyi onun işləmə prinsipindədir, belə ki, yalnız xərçəng hüceyrələri ilə mübarizə məqsədi ilə deyil, həm də insanın sağlam hüceyrələrinin müdafiəsi nəzərdə tutulub.

"ICTnews” Elektron Xəbər Xidməti "infox.ru” saytına istinadən yazır ki, nanorobot xərçəng şişinə "qida" kimi görsənir. Xərçəng şişi "qida”nı udduqdan sonra nanorobot artıq onun daxilində hərəkət edərək şişin strukturunu məhv etməyə başlayır. Məhz bu yanaşma müalicə prosesində sağlam hüceyrələrin zədələnməsi riskini azaltmağa imkan verir.

Xərçəng hüceyrələrini məhv edən robotun yaradılmasında iştirak etmiş mütəxəssislər qeyd ediblər ki, indiki mərhələdə nanorobot yalnız dəri xərçənginin müalicəsində istifadə üçün yararlıdır. Bu, artıq çox yaxşı nəticədir. Gələcəkdə nanorobotun onkologiyanın başqa sahələrində tətbiqinə yararlı modifikasiyalarının yaradılması planlaşdırılır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol