• $
  • €
  • ₽
  • ₺
  • £

“WhatsApp” istifadəçilərinə 9 tövsiyə

“WhatsApp” istifadəçilərinə 9 tövsiyə
30.06.2015 12:49
"WhatsApp” dünyanın ən populyar mobil messenceridir. İndi 800 milyondan çox insan bu messencerdən istifadə edir. 

ANN.Az İctnews-a istinadən xəbər verir ki, "MacDigger” nəşri "iPhone” və "Android” qurğularda "WhatsApp”dan istifadə üzrə 9 ən faydalı tövsiyə və kömək təklif edir.

1. Ehtiyat köçürülməsi və məlumatların bərpası

Mobil messencerin həm "iOS”, həm də "Android” versiyası ehtiyat köçürülməsi, mesaj və başqa vacib məlumatların tarixçəsinin bərpası üçün daxili funksiyaya malikdir.

2. "WhatsApp” üçün "SİM” kart 

"WhatSim”dən istifadə ildə 11,60 dollara başa gələcək. Bu xüsusi "SİM” kartla dünyanın 150 ölkəsində 400 mobil operatora qoşulmaq mümkündür.

3. "WhatsApp” veb kliyenti

"WhatsApp” messenceri rəsmi veb kliyentə malikdir, nəticədə kompüter vasitəsilə dostlarla ünsiyyət saxlamaq olar. Təəssüf ki, indi "WhatsApp” veb kliyenti rəsmən yalnız "Android”, "Windows Phone” və "Blackberry 10” platformalarını dəstəkləyir.

4. "Push” bildirişlər

Ceylbreyk olunmuş "iOS” qurğu sahibləri hansısa kontakt şəbəkəyə daxil olduqda və ya sizə mesaj yazmağa başladıqda "push” bildirişlər göndərən "OnlineNotify”dən istifadə edə bilər.

5. "WhatsApp” messenceri ilə zənglər

"VoIP” səs rabitəsini dəstəkləmək üçün "WhatsApp” komandasına xeyli vaxt lazım olub. Nəhayət, çoxdan gözlənilən bu funksiya artıq əlçatandır. Bu funksiya həm "iPhone”, həm də "Android” smartfonlarda işləyir.

6. İşçi masada "WhatsApp” bildirişləri

"Chrome” brauzeri üçün "WAToolkkit” adlı xüsusi plaqin "WhatsApp” veb kliyentindən bildirişləri birbaşa işçi masada göstərəcək.

7. "WhatsApp” messencerinin "Android” qurğularda bloklanması

Dostlarınızın sizin yazışmanızı oxumasını istəmirsiniz? "Android” üçün "Messenger and Chat Lock” adlı mobil proqram pin-kodun köməyi ilə "WhatsApp”ı bloklayacaq.

8. "Android” qurğularda mesajların səslə oxunması

"Android” qurğularda "Voice for WhatsApp” modifikasiyası əlçatandır ki, mobil proqram gələn mesajları səslə oxuya bilər.

9. "iOS” platformasında qeyri-məhdud sayda fotoşəkil göndərilməsi

"WhatsApp” "iOS” və "Android” qurğuları üçün yeni funksiya (mesajın oxunması haqda hesabat) təqdim etdikdə hamını təəccübləndirib.

İstifadəçilər tezliklə bu funksiyanı söndürmək imkanını tapıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol