• $
  • €
  • ₽
  • ₺
  • £

Nemtsovu vuran killerin ifadəsi yayıldı: “Obamanı da güllələyərəm...”

Nemtsovu vuran killerin ifadəsi yayıldı: “Obamanı da güllələyərəm...”
01.07.2015 13:27
Rusiyanın müxalifət lideri, keçmiş baş nazir Boris Nemtsovu qətlə yetirən killerin ifadəsi yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, Anzor Qubaşov adlı çeçenin mart ayında istintaqa öz istəyi ilə verdiyi ifadəni "Kommersant” yayıb.

Dindirmə protokoluna əsasən Qubaşev deyib ki, Nemtsovu çoxdan izləyirdi. Çünki müxalifət lideri onun xoşuna gəlmirdi, "dövlətin şərəfini” korlayırdı və "xalqı təxribata çəkirdi”.

"Müxalifət suyu bulandırmaqla məşğul idi, hansısa marş təşkil etmək istəyirdilər”- deyə killer ifadəsində bildirib.

Killer həmçinin deyib ki, Nemtsovun Ukrayna münaqişəsinə dair mövqeyi də onun xoşuna gəlmirdi. Çünki müxalifətçi Rusiyanın əleyhinə danışırdı və "Ukraynada baş verənləri burada təkrarlamağa çalışırdı”.

Qubaşev ifadəsində onu da deyib ki, Nemtsovu Qərb maliyyələşdirirdi, şəxsən prezident Barak Obama ona pul verirdi.

Həmçinin Qubaşev Nemtsovun Parisdə "Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumunu pisləməsindən də qəzəbləndiyini deyib. Killer bildirib ki, Nemtsov bununla "Məhəmməd peyğəmbəri təhqir edib”.

"Hardasa yanvar ayında Fransanın boşboğazları bu haqda danışmağa başlayanda Nemtsov da onlara qoşuldu və peyğəmbəri söyməyə başladı, sonra İslama sataşdı. Nəticədə razılaşdıq ki, onu aradan götürək. Müsəlmanların şərəfinə sataşan hər kəsi bu aqibət gözləyir”- deyə çeçen qatil bildirib.

Qəzet yazır ki, Qubaşev qətlin detallarını da açıb, bildirib ki, Nemtsovuçn qətlinə hazırlıqlar yavar ayında başlamışdı.

Qubaşev Nemtsovu arxadan izlədiyini, digər killer Zaur Dadayevin onu arxadan güllələdiyini deyib. Bununla belə Qubaşev  qətlin sifarişli xarakter daşımadığını bildirib. İstintaq da qətlin sifarişli xarakter daşıdığını inkar edir.

Nemtsovun qətlini həyata keçirənlərdən biri ifadəsində onu da deyib ki, törətdiyi cinayətə görə peşman deyil: "Əgər əlimə bir daha belə imkan düşsə, onu yenə güllələyrdim. Həm onu, həm peyğəmbərə sataşan istənilən başqa birini. İstənilən şəxsi! Fikirləşmədən Barak Obamanın özünü də güllələyrdim, əgər əlimə imkan düşsə”.

Boris Nemtsov bu il fevralın 28-də Kreml divarlarının qarşısında güllələnib. Onun qətlinin arxasında Rusiya hakimiyyətinin dayandığı əsas versiyadır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol