• $
  • €
  • ₽
  • ₺
  • £

Vikipediyanın yaradıcısı xeyriyyəçilik fəaliyyəti üçün mobil operator işə salıb

Vikipediyanın yaradıcısı xeyriyyəçilik fəaliyyəti üçün mobil operator işə salıb
23.07.2015 19:30
"Business Insider" nəşri yazıb ki, "Vikipediya" onlayn ensiklopediyasının yaradıcısı Cimmi Uels ABŞ-da abunəçilərin öz telefon hesablarından xeyriyyəçiliyə vəsait yatırmasına imkan verən mobil operator işə salıb.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, operator 2012-ci ildən Böyük Britaniyada fəaliyyət göstərən müvafiq xidmətin şərəfinə "TPO" ("The People's Operator" — "Xalq operatoru") adlandırılıb. Yeni mobil operator aşağıdakı prinsip üzrə işləyir: xidmət ənənəvi mobil operator kimi eyni funksiyaları (zəng, sms) təqdim edir, ancaq hər ay abunəçinin hesabından 10 faiz xeyriyyəçilik fəaliyyətinə sərf olunur.

Layihə "Sprint" mobil operatoru ilə əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Standart müqavilə üzrə təkliflərdən başqa, abunəçi başqa tarifləri də seçə bilər. Məsələn aylıq 32 dollara limitsiz sms və danışıq. Yeni mobil operatorun yaradıcıları abunəçinin hesabından kömək məqsədi ilə tutulmuş 10 faizdən başqa, həmçinin xidmətdən əldə olunan gəlirin 25 faizini "NSPCC" və "Childline" xeyriyyə təşkilatlarına göndərəcək.


2000-ci ildə Cimmi Uels və Larri Senqer birgə "Nupediya" ensiklopediyasını yaradıblar. "Vikipediya" ensiklopediyası 2001-ci ildə yaradılıb və əsas özəlliyi ondan ibarətdir ki, istənilən insan məqaləni hazırlaya və redaktə edə bilər. Hazırda sözügedən ensiklopediya 276 dildə əlçatandır. 2013-cü ildə Cimmi Uels YUNESKO tərəfindən

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol