• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Bakı-Ceyhana ilişir

Putin Bakı-Ceyhana ilişir
29.07.2015 13:48
Quartz.com saytı xəbər verir ki, Rusiya Bakı-Supsa kəmərinin keçdiyi Gürcüstan ərazisini ilhaq edib.

Populyar quartz.com xəbər saytı yazır ki, Putin Qərblə yeni çarpışmaya girişib. Bu dəfə o, neftin Gürcüstan vasitəsilə nəqlinin əleyhinədir.

Məqalədə deyilir ki, Moskva, 1990-cı ildə neft kəməri məsələsində ABŞ qarşısında məğlub olduğu möhtəşəm çəkişməni yenidən qızışdırır.

"Bu çəkişmənin meydanı 1990-cı illərdən bəri ABŞ-Rusiya çarpışmasının məkanı olan Gürcüstandır” - yazır sayt.

1990-cı illərdə Vaşiqnton keçmiş sovet respublikasının ərazisi ilə Rusiyanın nəzarəti altında olmayan neft kəməri çəkilişinə çalışırdı.

Məqsəd Azərbaycan və Gürcüstanı Rusiyanın siyasi hegemonluğu altından çıxaqmaq idi.

O vaxt ki, Rusiya zəif idi…

Məqalədə deyilir ki, o vaxt Rusiya daha zəif olduğundan ABŞ məqsədinə nail ola bildi və Rusiyanın Qafqazdakı enerji inhisarına son qoyan neft-qaz kəmərləri layihələndirildi. Rusiya üçün ən böyük zərbə bu layihədə BP-nin əməliyyatçılığı ilə Bakıdan Supsaya gedən qaz kəməri və Bakıdan Türkiyənin Ceyhan limanına aparan iki ayrı-ayrı kəmərlərin olması idi.

"Bunlardan heç biri Rusiya prezidenti Vladimir Putini açmırdı – yazır sayt, - O 2008-ci ildə guya yalnız cənubi osetiyalıları Gürcüstan toplarının qətliamından xilas emək bəhanəsi ilə Rusiya ordusunu Gürcüstana göndərdi. Lakin Putinin generalları daha geniş ərazinin bombalanması və zəbtinə başlamışdılar. Geri çəkilməzdən öncə Rusiya Bakı-Ceyhan kəmərinin ətrafına 45 mərmi atmışdı. Rusiyanın verdiyi mesaj belə idi: Gürcüstan Rusiyanın nəzarətindədir, istər kəmərlərlə, istərsə də kəmərlərsiz” – deyilir məqalədə.

Yazıda qeyd olunur ki, belə görünür, Putin bu məsələdə yeni addım atmaq qərarı verib.

Qaba Rusiya və fəndgir BP

İyulun 13-də Gürcüstan Rusiyanı Cənubi Osetiya ərazisinin xaricində tikanlı məftil hasarı qurmaqda ittiham edib. Bu hasarın üzərində torpağın Rusiyanın himayəsində olduğunu göstərən nişanlar qoyulub.

BP və ABŞ-ın geostrategiyası baxımından bu torpaq qəsbkarlığı dəhşətli görünür. Çünki Bakı-Supsa kəmərinin iki kilometrədək sektoru yenicə ilhaq olunmuş əraziyə düşür.

Rusiyanın adının çəkilməsindən ehtiyat edən BP bildirir ki, gələcəkdə kəmərin müəyyən hissələrinin yenidən tikilməsini planlaşdırır. Bu hissələrə Rusiyanın qəsb etdiyi əraziyə düşən sektor da daxildir.

Məqalədə deyilir ki, BP-nin bu "usta fəndi”nin baş tutub-tutmacağı və ya Putini daha da qızışdırmayacağı bəlli deyildir.

Avropa bəyanat verir, ABŞ baxır

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Rusiyanın sözü gedən hərəkətini "təxribat” adlandırıb. ABŞ dövlət katibinin müavini Richard Hoagland isə bəyan edib ki, Amerika yaranmış situasiyanı müşahidə edir.

"İndilik, Gürcüstan Ukrayna böhranının cəbhə xətti kimi görünür” – deyilir məqalədə.

Hazırda George Mason Universitetində dərs deyən və vaxtilə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Richard Kauzlarich Quartz-a deyib ki, onun zənnincə, Putinin strateji məqsədi SSRİ dağılarkən ABŞ və Qərbin Rusiyanın hesabına əldə etdiyi nailiyyətləri geri almaqdır. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol