• $
  • €
  • ₽
  • ₺
  • £

Əl-Qaeda İŞİD-i fırıldaqçılıqda ittiham edir

Əl-Qaeda İŞİD-i fırıldaqçılıqda ittiham edir
04.08.2015 22:45
AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, əl-Qaedanın Suriya qanadından olan dağıstanlılar özünü İslam Dövləti adlandıran təşkilatı fırıldaqda ittiham ediblər.

AzadlıqRadiosunun müxbiri Joanna Paraszczuk yazır ki, əl-Qaedanın Suriya qanadından olan dağıstanlılar özünü İslam Dövləti adlandıran təşkilatı sıralarını genişləndirmək üçün fırıldağa əl atmaqda ittiham ediblər.

Ən-Nüsra Cəbhəsindən olan dağıstanlılar möminlərə müraciətlə bildirirlər ki, "İraq və Suriyanın böyük ərazilərində "dövlət” qurduğunu iddia edən İŞİD-in sizin elektron cihazlarınızdakı görüntüsü ilğım və xəyaldan başqa bir şey deyildir”.

Ağ Minarə

"Biz anlamağa başlamışıq ki, internet vasitəsilə təbliğ edilən İD və reallıqdakı İD tamamilə başqa-başqa şeylərdir” – deyə bildirib Nüsranın yeni rusdilli Manara əl-Bayda (Ağ Minarə) media qanadı.

Onlar cihad üçün potensial səfərbərləri "İD-in riyakar təbliğat kampaniyasına” uymamağa çağırırlar.

"Biz sizə YouTube videolarından daha az informasiya almağı, əvəzində fiqhi yaxşı öyrənməyi və əsl üləmaların rəylərini dinləməyi tövsiyə edirik” - deyilir çağırışda.

Dağıstandan olan silahlılar, Nüsra daxilində özbəklərə aid Katiba Sayfullah qruplaşması ilə çiyin-çiyinə döyüşürlər. Bu qruplaşmaya çeçenlər və başqa Şimali Qafqaz əsillilər, habelə ərəbdilli döyüşçülər daxildir. Nüsra əl-Qaedanın lideri Ayman al-Zawahiri-yə sədaqətini bildirib.

Ağ Minarənin yaydığı materiallar Şimali Qafqazda cihadçıların səfərbərliyə alınması prosesi və İD təbliğatının qüdrəti üzərinə işıq salır.

Nüfuz çəkişməsi

Məqalədə deyilir ki, bu, həm də Suriyadakı rusdilli islamçıların, İD-in, xüsusən də Dağıstanda apardığı səfərbərlik fəaliyyətinə etirazını göstərir.

Döyüşçülər iddia edirlər ki, onlar Dağıstanda "Rusiya kafirləri və onların əlaltılarına qarşı cihada çıxmış veteranlardır”. Onlar bildirirlər ki, bir vaxt onları Suriyada vuruşmaq üçün İD səfərbərliyə alıb.

Onlar bunu da qeyd edirlər ki, Türkiyədən keçərək İD-in nəzarətində olan Suriyaya səfər etmələri xeyli asan olub. Dağıstanlılar iddia edirlər ki, İD onları Türkiyədən birbaşa Raqqaya gətirmək imkanına malikdir.

Lakin onlar Raqqaya çatmadıqlarını, yolda ikən "İD ərazisindindən necə çıxmağın yollarını bilən” başqa dağıstanlılara rast gəldiklərini deyiblər.

İD-in qəddarlığı

Belə görünür ki, dağıstanlılar İD-in qəddarlığından və öz təbirlərincə deyilsə, "İslamın yanlış təfsirindən və təşkilatın əl-Qaeda üləmalarını rədd etməsindən” narazıdırlar.

İD-in qəddarlığına misal olaraq, onlar Suriya qruplarından olan Ənsar-ın bir müsəlman döyüşçüsünün "soyuqqanlı qətlini” göstərirlər.

Ağ Minarə bildirir ki, həmin Suriyalı, edamından əvvəl ibadət etməsinə icazə verilməsini istəsə də, İD bunu rədd edib və onu heç bir şəriət məhkəməsi olmadan qətlə yetirib.

"Dağıstanlılar intihar bombalarına qarşıdırlar”

Dağıstanlılar həmçinin İD-i İdlibdəki məsçidlərin partladılması üçün intiharçıların göndərilməsində ittiham edirlər.

Nüsra bu ilin əvvəllərində hökumət qoşunları ilə ağır döyüşlərdən sonra İdlib əyalətinin əksər ərazilərinə nəzarət edir.

"Çox maraqlıdır ki, heç bir rusdilli saytda intihar partlayışları haqqında heç nə yazmırlar, - deyirlər dağıstanlılar, - Qafqaz və Rusiyadan olan bir çox qardaşlar bu xaricilərin nələr etdiyindən xəbərsizdirlər”. Tarixi termin olan "xaricilər” cihadçılar arasında "kafir” mənasında işlənir.


Joanna Paraszczuk yazır ki, əl-Qaedaya bağlı bu silahlıların İD-in Dağıstandakı təbliğat və səfərbərlik fəaliyyətindən narahat olmaları başa düşüləndir. Onlar bu yaxınlarda Nadir Abu Khalid, Kamil Abu Sultan və Akhmad Medinsky də daxil olmaqla dağıstanlı vaizlərin və Sələfi ideoloqların İD-ə qoşulmasını tənqid edirlər.

Onlar adı çəkilən şəxslərin Dağıstan gəncləri arasında nüfuz və hörmətə sahib olduqlarını etiraf edirlər.

ABŞ üçün hər ikisi hədəfdir

Ağ Minarə əl-Qaedanın İD-ə "düzgün” alternativ olduğunu iddia edir.

Dağıstanlılar deyirlər ki, onlar əl-Qaedaya Suriyada qoşulublar, çünki "bu qrup artıq 25 ildir ki, kafirlələ döyüşən veteranlardan ibarətdir”.

Məqalədə deyilir ki, İD bir vaxtlar əl-Qaedanın böyük nüfuza malik olduğu Şimali Qafqazda üstünlük qazanmağa başlayıb.

Bu vəziyyətin davam edəcəyi gözlənilir, çünki etnik qaraçaylı olan Abu Jihad (hazırda İraqdadır) və onun yeni rusdilli Furat media qolu güclü İD təbliğatı aparmaqla məşğuldur.

Nüsra qrupu ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır və koalisiya reydləri zamanı istər İD, istərsə də əl-Qaeda mövqeləri hədəflənir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol