• $
  • €
  • ₽
  • ₺
  • £

DTX-nın həbs etdiyi bloqer Bakı İstintaq Təcridxanasına köçürüldü

DTX-nın həbs etdiyi bloqer Bakı İstintaq Təcridxanasına köçürüldü
19.03.2021 15:11
Həbsdə olan bloqer Aslan Qurbanovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Musavat.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Aslan Qurbanov Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülməsini istəyib və bununla bağlı məhkəməyə vəsatət verib.

Vəsatət təmin edilib və A.Qurbanov Bakı İstintaq Təcridxanasına etap olunub.

A.Qurbanov Cinayət Məcəlləsinin 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsində A.Qurbanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı irəli sürülən ittihama görə, "talış bloqer” kimi tanınan Aslan Qurbanov özünün "Facebook”, "İnstagram” səhifələrində dövlət əleyhinə və milli-dini ayrıseçkiliklə bağlı təbliğat aparıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox