• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan ombudsmanı hökumətdən Novruz bayramı günü məhdudiyyətlərin ləğvini xahiş edib

Gürcüstan ombudsmanı hökumətdən Novruz bayramı günü məhdudiyyətlərin ləğvini xahiş edib
20.03.2021 22:30
Gürcüstan ombudsmanı Nino Lomcariya və ona tabe olan Milli azlıqlar Şurası hökumətə müraciət ünvanlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, sənəddə Novruz bayramı ilə əlaqədar olaraq, martın 21-də komendant saatının müvəqqəti aradan qaldırılması xahiş olunur.

"Novruz bayramı gecə-gündüz bərabərliyi ilə üst-üstə düşür. Bu bayram Gürcüstanda uzun əsrlərdir qeyd olunur. Novruz bayramı şənlikləri etnik azərbaycanlıların yaşadıqları bələdiyyələrdə geniş şəkildə keçirilsə də, ötən il koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər səbəbindən tam şəkildə qeyd olunmadı. Bayramın bu il də keçirilməsi təhlükə altındadır”.

Sənəddə Gürcüstanda bu ilin yanvarın 7-də Milad bayramı ilə əlaqədar məhdudiyyətlərin müvəqqəti ləğvi ilə bağlı təcrübənin olduğu, bunun epidemioloji vəziyyəti ağırlaşdırmadığı və martın 28-də keçiriləcək futbol matçı ilə bağlı da bəzi güzəştlərin planlaşdırıldığı bildirilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:52
Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
Cəmiyyət 19:35
Dubay-Bakı reysinin sərnişinləri ilə gömrük nəzarəti zamanı insident yaşanıb - Video
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox