• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə hərbi yük maşınımız minaya düşdü - Fotolar

Kəlbəcərdə hərbi yük maşınımız minaya düşdü - Fotolar
27.05.2021 16:12
Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan Müdafiə Nazirliyinin hərbi yük maşını Azərbaycan postları istiqamətində təchizat yolunu izləyərkən minaya düşüb.


"Qafqazinfo” xəbər verir ki, bu haqda Haqqın.az məlumat yayıb. Qeyd edilir ki, Azərbaycan hərbçiləri itki verib, yaralılar var.


Azərbaycan komandanlığı əvvəlcə minanın keçənilki döyüş əməliyyatları zamanı qoyulduğunu güman edib. Lakin Ermənistan Baş nazirinin bugünkü rəsmi açıqlaması (Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumət iclasında bir qrup erməni hərbçisinin təxribatı və Kəlbəcər bölgəsi ərazisində hərbi əməliyyat hazırlanması barədə Azərbaycan hərbi idarəsinin məlumatını dolayı yolla təsdiqləyib) düşmənin əsl niyyətini ortaya qoyub, ilkin şübhələri təsdiqləyib və Azərbaycana qarşı döyüş əməliyyatlarına hazırlıq planını sübuta yetirib.


Erməni təxribatçılarının Azərbaycanın arxa cəbhəsini minalamaq növləri, Azərbaycan hərbi komandanlığının ilkin qiymətləndirməsinə görə, bir məqsədə - döyüş əməliyyatlarının başlanmasına xidmət edib. Erməni tankları məhz, bu məqsədlə cəbhə bölgəsinə köçürülüb. Ermənistan ordusunun hərbi hissələrinin irəliləməsindən sonra Azərbaycan silahlı qüvvələrinin ehtiyat qoşunları bu təchizat yolu boyunca düşmənlə görüşə gələcəkdi. Və dəstək qrupunun irəliləməsi zamanı Azərbaycan tərəfindəki itkilərin miqyasını təsəvvür etmək olar. Digər tərəfdən, erməni tanklarının Kəlbəcər bölgəsinə doğru irəliləməsi üçün maneəsiz bir yol açardı.


Lakin Azərbaycan tərəfinin sayıqlığı və qabaqlayıcı tədbirləri təxribatçı hərəkətlər və aqressiv planlar həyata keçirmək məqsədi ilə Azərbaycan ərazisinə daxil olan düşmənin məkrli və xain planını pozub. Erməni təxribatçılarını zərərsizləşdirdikdən və tutduqdan sonra, İrəvan hərbi texnika və şəxsi heyətini əvvəlki mövqelərinə çəkmək məcburiyyətində qalıb.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:07
"Sabah" - "Barselona" oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi dəyişdirilir
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Cəmiyyət 17:58
Pasiyentləri aldadan stomatoloq məhkəmə zalında həbs edilib
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
Cəmiyyət 17:33
Səbaildə memarlıq abidəsinə qanunsuz müdaxilə araşdırılır
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol