• $
  • €
  • ₽
  • ₺
  • £

Beyində qurdlar necə yaranır? - ƏLAMƏTLƏRİ

Beyində qurdlar necə yaranır? - ƏLAMƏTLƏRİ
28.06.2021 19:13
Beyin də orqan kimi yumşaq toxuma olduğundan parazitlərin üz tutduğu yerdir. İnsan beyni parazitar infeksiyalara məruz qalır. Bu Taenia Solium helmintinin qurdları vasitəsilə baş verir.
 
Anews.az medicina.az-a istinadən xəbər verir ki, bu helmintlər insana qurdun yumurtaları olan çirkli qida, su ilə keçir.
 

Qurd yumurtaları müxtəlif toxumalara, əzələlərə keçir, ordanda da beyinə çatıb, kistlər əmələ gətirir.
 
Beynin qurdla yoluxmasının 2 növü var:
 
Çistiçerkoz və tenioz.
 
Çistiçerkoz –bu zaman insan parazitin müvəqqəti sürvə sahibinə çevrilir. Helmint beyin toxumasında parazitar kistlər formasında qalır.
 
Tenioz – daha yetişmiş qurd formasına yoluxmaqdır, qurd bağırsaqda kök salır və minlərlə yumurta qoyur. Bu zaman insan tam olaraq helminti sahibi olur.
 
Digər parazitlər kimi T solum da orqanizmə açıq si hövzəsi, quyu suyu, çirkli əllər və qida ilə keçir. Sanitar gigiyenik qaydalar, şəxsi gigiyenaya əməl etmədikdə yoluxma riski artır.
 
Hətta meyvə, tərəvəz, giləmeyvə, göbələklər də qurdyumurtalı ola bilər.
 
Eləcə də donuz əti bu parazitin mənbəyidir.
 
Qida ilə udulduqda kistlər və yumurtalar nazik bağırsağa yapışır, sonra lentvari qurda çevrilir.
 
Bu parazitlə daha çox ucqar rayonlar, kəndlər, fermalar, çirkli su mənbələri olan yerlər zəngindir.
 
Qurdun ilk mənşəyi donuz və donuz nəcisi olduğundan, donuz fermaları olan yerlər, donuz əti yeyən ərazilərdə insanlar yaxşı bişirilməmiş donuz əti yedikdə yoluxur.
 
Beyində qurd olmasının əlamərləri:
 
-Kistin yerləşməsindən və sayından asılı olaraq dəyişir. Əzələdə olanda heç bir əlamət vermir. Göz alması, selikli qişa, dəridə olduqda iltihab, şişkinlik, ağrı müşahidə edilir.
 
-Göz almasında olduqda görmədə qaralma, bulanıqlıq, görmənin zəifləməsi.
 
Əgər helmint qan axını ilə beyin və onurğa beyinə keçsə, ən ağır forması neyrosistiçerkoz yaranır.
 
Bu zaman beyinə təsir olur, kəskin baş ağrıları, qıcolmalar, huşun bulanması, yaddaş pozulması, diqqət yayğınlığı, nitqdə problemləry yaşanır.
 
Təcili adekvat müalicə olmasa, xəstə ölə bilir
 
Xəstəlik yoluxandan bir neçə aydan bir neçə ilə kimi inkişaf edir və əlamətlərini göstərir.
 
 
Diaqnoz üçün
 
Qan analizi, MRT, KT olunur. Beyində kist olduğu görüldükdə kistin çıxarılması zamanı cərrahlar kistin parazit yığnağı olduğunu görür.
 
Xəstəlik bir insandan digərinə asanlıqla keçmir. Əgər xəstə insanla digər insanlar eyni tualetdən istifadə edərsə və bu zaman gigiyenaya əməl olunmazsa, o zaman yoluxma ehtimalı var.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:19
FHN güclü küləklə bağlı əhaliyə müraciət edib
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Cəmiyyət 15:35
Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
Cəmiyyət 14:46
Dövlət sərhədini pozan 5 Əfqanıstan vətəndaşına hökm oxunub
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Cəmiyyət 13:56
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Cəmiyyət 13:35
Başqasının adına əmlak rəsmiləşdirirlər– Siyavuş Novruzov
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Cəmiyyət 13:16
Deputatdan çağırış: atanızın əlaqələrinə deyil, biliyinizə güvənin- Video
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 12:43
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 12:42
DYP yaşayış zonalarında hərəkət təhlükəsizliyi ilə bağlı sürücülərə müraciət edib
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol