• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcü professor: “Ermənilər hər bir əsrdə Xocalı faciəsi törədiblər”

Gürcü professor: “Ermənilər hər bir əsrdə Xocalı faciəsi törədiblər”
26.02.2014 11:15
 “Mənim Abxaziyadakı evimdə erməni ailəsi yaşayır. Bu gün yalnız mənim deyil, minlərlə gürcünün evində ermənilər yaşayır”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflisdə Xocalı soyqırımına həsr edilən tədbirdə çıxışı zamanı tarix elmləri doktoru, professor Quram Marxuliya deyib. Onun sözlərinə görə, Xocalı faciəsi nəinki Azərbaycan xalqının, eləcə də gürcü xalqının faciəsidir: “Mənim evimdə erməni ailəsi yaşayır. Abxaziyada və Sxinvali bölgələrində müharibə başlayanda Xocalı faciəsi baş verdi. Çox təəssüf edirəm ki, onda biz bu faciəyə diqqət yetirə bilməmişik. Bizim da başımız qarışmışdı. Onda bu faciə barədə yalnız Azərbaycanda məlumat yayılmışdı. Bu gün Gürcüstan ictimaiyyəti erməni vəhşiliyi və terrorçuluğu barədə çox şey bilir. Bu gün gürcülər yaxşı bilirlər ki, balaca Xocalı şəhərində erməni quldurları hansı vəhşiliklər törədiblər. Ermənilər əraziləri bu yollarla boşaldaraq öz dövlətlərini qurublar. Bu gün başqa ölkənin torpaqları üzərində öz dövlətlərini quran ermənilər sabah istər Azərbaycan, istərsə Türkiyə, istərsə də Gürcüstan ərazisində yeni torpaqların alınması ortaya çıxarsa, bunun üçün terror törətməkdən imtina etməzlər. Çünki onlar bizim ərazilərdə öz dövlətlərini yaratmağa cəhd edirlər. Bu, erməni terrorçuluğunun fenomenologiyasıdır. Onlar hər bir əsrdə Xocalı faciəsi törədiblər. 1918-ci ildə on minlərlə azərbaycanlı nəinki Dağlıq Qarabağda, eləcə də Azərbaycanın paytaxtı Bakıda öldürülüb. Quba məzarlığı buna nümunədir. Mən bir neçə gün əvvəl Qubada oldum və ermənilərin burada 1918-ci ildə törətdiyi dəhşəti və vəhşiliyi gördüm. Ermənilər 4 mindən çox uşaq, qadın və qocaları rəhm etmədən öldürüb və Azərbaycan ərazilərində “təmizlik” aparıblar ki, dövlətlərini yaratsınlar. Buna görə də yeni Xocalı faciəsinin təkrar olunmaması üçün Azərbaycan və Gürcüstan həmişə öz tarixi əraziləri olan Qarabağ və Lori uğrunda mübarizə aparmalı, Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etməlidirlər”. Gürcü professoru ermənilərin Tiflisdə də gözü olduğunu bildirib: “Onlar Tiflisin Ermənistanın paytaxtı olduğunu bildirib deyirlər ki, gürcülər Kutaisi şəhərinə köçməlidir. Onlar bu şəhərin Gürcüstanın qədim paytaxtı olduğunu əsas gətirərək istəyirlər ki, gürcülər Kutaisi şəhərinə köçsünlər.” Q.Marxuliya bu gün Xocalı soyqırımı törədən erməni cinayətkarların Ermənistan dövlətinin başında durduğunu bildirib. Onun sözlərinə görə, Sarkisyan başda olmaqla Xocalı soyqırımını törədənlər bu gün Ermənistanı idarə edirlər: “Onlardan Xocalı soyqırımını tanımağı gözləmək çox çətindir”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol