İlham Əliyev Əlcəzair prezidentinə başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib. APA-nın məlumatına görə, dövlət başçısı məktubunda Əlcəzairdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən sarsıldığını yazıb. “Hörmətli cənab prezident, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 13:28 Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:24 Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:13 Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 11:57 Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:22 Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:18 Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:03 Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03 Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 22:33 Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib