• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi sərt üzünü göstərdi

Müdafiə Nazirliyi sərt üzünü göstərdi
14.12.2013 15:05

"Əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, keçmiş hərbi qulluqçular ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar"Müdafiə Nazirliyi açıqlama yayıb. ANS PRESS-in məlumatına görə, açıqlamada Silahlı Qüvvələrlə bağlı mətbuatda müxtəlif səpkili, qərəzli və çox vaxt həqiqətə uyğun olmayan yazıların dərc olunduğu bildirilib:"Əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, tutduqları vəzifələrdə müəyyən şəxsi mənafelər güdməklə nöqsanlara yol vermiş və bu səbəbdən də ordu sıralarından kənarlaşdırılaraq, xidmətdən təcrid edilmiş bəzi keçmiş hərbi qulluqçular kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yalan və böhtan xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

Bu cür dezinformasiya xarakterli məlumatları yayanlar Silahlı Qüvvələrdə hazırda həyata keçirilən islahat və quruculuq işləri nəticəsində əldə olunmuş uğurlara kölgə salmağa cəhd edirlər.

Müdafiə Nazirliyi dövlətin ərazisinin, müstəqilliyinin və suverenliyinin qorunmasının əsas təminatçısı olan Silahlı Qüvvələrimizə qarşı yönəlmiş bu kimi kampaniyalara son qoymağa dəvət edir, kütləvi informasiya vasitələrinə hərbi xarakterli məlumatların yayılmasına həssaslıqla yanaşılmasını və dəqiqləşdirildikdən sonra verilməsini tövsiyə edir". ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 16:45
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol