• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: “Türkiyə-Ermənistan təmaslarına normal baxırıq”

Deputat: “Türkiyə-Ermənistan təmaslarına normal baxırıq”
11.12.2013 13:22
“Türkiyənin yeritdiyi siyasət, açıqladığı rəsmi mövqe ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan ərazilərindən qoşunların çıxarılması və ərazilərin azad olunmasından başlayır.Ona görə də bu təmaslara normal baxırıq və bəzilərinin münasibətlərin olmaması ilə bağlı dediyi fikirləri bölüşmürəm. Əksinə, hesab edirəm ki, danışmağa, qarşılıqlı səfərlər etməyə, ortada olan problemli məsələləri aradan qaldırmağın yolunu birgə düşünməyə və hər tərəfin mövqeyini öyrənməyə böyük ehtiyac var”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana nəzərdə tutulan səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərəcək bir neçə amillər var: “Bunu vasitəçilər, müşahidəçilər və analitiklər də hər zaman qeyd edirlər. Bunların arasında əhəmiyyətli yerlərdən birini Türkiyə-Azərbaycan, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri tutur. Əlbəttə ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını hədəf kimi seçənlər bunun Azərbaycan-Türkiyə və Azərbaycan-Ermənistan münasibətlərindən keçdiyini hər zaman gözə almalıdırlar. Bu nəzərə alınmadığı təqdirdə istənilən layihə fiaskoya uğrayır. Bu mənada mən bu münasibətləri təsirli vasitə hesab edirəm. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin qarşıdakı 2015-ci ili hədəf götürərək normallaşmasını istəyənlər əlbəttə ki, bu amilə də təsir göstərə biləcək hərəkətləri paralel aparmalıdırlar. Belə olmadığı təqdirdə, yenə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağına az ümid edirəm”. B.Muradova qeyd edib ki, Ə.Davudoğlunun səfərində də Qarabağ məsələsi gündəmdə olacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 16:45
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol