• $
  • €
  • ₽
  • ₺
  • £

AVRONEST PA-nın həmsədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib

AVRONEST PA-nın həmsədri Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib
27.11.2013 19:18
AVRONEST PA-nın həmsədri Yevgeni Kirilov Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova məktub göndərib.APA-nın xəbərinə görə, məktub AVRONEST PA Bürosunun “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının 28-29 noyabr tarixlərində Vilnüsdə keçiriləcək toplantısına ünvanlanmış müraciətinin mətnindən Ermənistan nümayəndə heyətinin üzvü Artak Zakaryanın təkidi ilə ŞT ölkələrinin ərazilərində mövcud olan münaqişələrlə bağlı “həlli uzanmış” ifadəsinin çıxarılması ilə əlaqədardır. Y. Kirilov məktubunda bildirib ki, “həlli uzanmış münaqişələr” ifadəsinin sənəddə əks olunmamasına baxmayaraq, ümumiyyətlə, “münaqişələr” sözünə bütün növ münaqişələr daxildir – həlli uzanan münaqişələr isə bunlardan biridir: “Bundan başqa, Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsinin may ayında bütöv assambleya tərəfindən qəbul olunmuş Şərqi Avropa tərəfdaş ölkələrində regionun təhlükəsizlik problemlərinə dair qətnaməsi qəbul olunmuş müraciətə nisbətən daha böyük hüquqi əhəmiyyətə malikdir. Bizim əməkdaşlığımızın Sizin tərəfinizdən müvəqqəti olaraq dondurulmasına səbəb olan digər məsələlərlə bağlı isə sizi məlumatlandırmaq istərdim ki, ötən həftə mən Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşdüm və o, Vilnüs sammiti ərəfəsində prezident Əliyevlə görüşə təşəbbüs göstərib. İnanıram ki, bu görüş daha yaxşı anlaşmaya stimul yaradacaq. Sizə bildirmək istərdim ki, mən bizim aramızdakı dialoqu və AVRONEST PA çərçivəsindəki əməkdaşlığımızı davam etdirməyə və qarşılıqlı narahatlıq doğuran məsələləri həll etməyin yollarını tapmağa hazıram. Ümidvaram ki, Sizin nümayəndə heyəti belə bir yenidən başlama cəhdini müsbət qarşılayacaq”.   Xatırladaq ki, noyabrın 2-də AVRONEST PA-nın Kiyevdə keçirilən Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov bəyanatla çıxış edərək iclası tərk etmişdi. E. Süleymanov öz bəyanatında Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar qəbul edilmiş 32-ci  bəndə etirazını bildirərək Azərbaycan tərəfinin AVRONEST PA ilə əməkdaşlığı hansı formatda davam etdirəcəyi barədə düşünmək məcburiyyətində qaldığını, həmçinin Azərbaycan torpaqları işğaldan azad edilənədək işğalçı dövlət olan Ermənistanın AVRONEST PA-da ŞT komponenti tərəfindən həmsədrlik edəcəyi dövrdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırılacağını bildirmişdi. E. Süleymanov artıq “Şərq Tərəfdaşlığı” ölkələri arasında AVRONEST PA-da həmsədrliklə bağlı razılıq əldə edildiyini söyləyib. Həmin razılığa əsasən Azərbaycan torpaqları işğaldan azad edilənədək quruma ŞT komponentindən Ermənistan və Azərbaycanın həmsədrlik etməsi məqsədəuyğun deyil və həmsədrliyi növbə ilə Gürcüstan, Moldova və Ukrayna həyata keçirəcək. Növbəti sədrliyə real namizəd Gürcüstandır. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Siyasət 16:45
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol