• $
  • €
  • ₽
  • ₺
  • £

Robotun yazdığı roman müsabiqədə finala çıxdı

Robotun yazdığı roman müsabiqədə finala çıxdı
09.09.2016 12:28
Süni intellekt hər keçən gün bir az daha inkişaf edir. 

Bundan əvvəl film ssenarisi yazan aparat, indi roman yazıb. Kulis.Az türk mətbuatına istinadən xəbər verir ki, yaponların hazırladığı cihaz qısa roman yazaraq ədəbiyyat dünyasına daxil olub.
 
Aparatın yazdığı "Bir kompüterin roman yazdığı gün” adlı qısa roman Yaponiyanın keçirdiyi beynəlxalq ədəbiyyat mükafatında finala çıxıb.
 
Yaponiyanın "Hoşi Şiniçi” ədəbiyyat mükafatı bir neçə ildir insanın yaratmadığı yaradıcı işlərin də müsabiqəyə iştirakına razılıq verib. Ancaq ilk dəfə müsabiqəyə süni intellekt tərəfindən yazılan roman göndərilib. Yarışmaya qatılan 1450 əsərin 11-nin ən azı bir bölümü aparatlar tərəfindən yazılıb. Bunlardan biri də Hitoşi Matsubaranın təkmilləşdirdiyi və finala qalmağı bacaran yazar robotdur. Hitoşi Matsubara işçiləri ilə birlikdə bəzi kəlimə və cümlələr seçərək romanın strukturunu hazırlamış, davamını yazmağı üçün isə işi süni intellektə həvalə etmişdir.
 
Xatırladaq ki, Hitoşi Matsubara finalda qalib gələ bilməyib. Robotun yazdığı romanın heyrətləndirici dərəcədə gözəl olduğunu deyən yapon fantastik yazıçısı Satoşi Haşe yalnızca personajların təsvirinin zəifliyi ucbatından birinciliyin əldən verildiyini açıqlayıb. Yazıçı düşünür ki, robotun insan duyğularından uzaqlığını nəzərə alsaq, bu heç də təəccüblü deyil. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox