• $
  • €
  • ₽
  • ₺
  • £

Zukerberq tibbi tədqiqatlara 3 milyard $ ayırdı

Zukerberq tibbi tədqiqatlara 3 milyard $ ayırdı
24.09.2016 09:30
"Facebook"un qurucusu Mark Zukerberq bütün mövcud xəstəliklərin müalicəsi məqsədilə aparılacaq elmi tədqiqatlara 3 milyard dollar ayırıb. Bu, onun uzunmüddətli tibbi araşdırmalar üçün ayıracağı məbləğin ilk ianəsidir.

ANN.Az lent.az-a istinadən xəbər verir ki, maliyyələşdirmə Mark Zukerberq və həyat yoldaşı Pristsilla Çanın yaratdığı "Chan Zuckerberg Initiative" Fondu vasitəsilə aparılacaq. Cütlük bəyan edib ki, əsrin sonuna qədər hazırda mövcud olan əksər xəstəliklər üzərində qalib gəlmək niyyətindədirlər. P. Çan ötən il qız övladı dünyaya gətirdiyini xatırladıb: "Biz qızımızın həmyaşıdları və dünyada o nəsildən olan hər insanın həyatını yaxşılaşdırmaq istəyirik".
 
600 milyon dollar məbləğində ilk ianə San-Fransiskoda laboratoriyanın yaradılmasına sərf olunacaq. Laboratoriyada San-Fransisko, Kaliforniya, Stenford və Berkli universitetlərinin alimləri çalışacaq. Mütəxəssislər ilk növbədə xəstəliklərin aşkara çıxarılması və qarşısının alınması üçün tədbirlər müəyyənləşdirməlidir.
 
Xatırladaq ki, 2014-cü ildə daha bir amerikalı milyarder - "Microsoft"un yaradıcısı Bill Geyts AİDS, tuberkulyoz və malyariya ilə mübarizəyə 10,2 milyard dollar ayırıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox