• $
  • €
  • ₽
  • ₺
  • £

"Ağıllı" saatların satışı rekord həddə çatıb

"Ağıllı" saatların satışı rekord həddə çatıb
22.10.2016 16:19
Rusiyada "ağıllı” saatların satış göstəriciləri smartfonları üstələyib.
 
İKT.lent.az-ın "vladtime.ru” saytına istinadən verdiyi məlumata görə, mütəxəssislər bu ilin ilk 2 rübü üçün statistikanı təqdim ediblər.
 
Mütəxəssislər bildirir ki, ilk yarımildə Rusiyada "ağıllı” saatların satışı 105 min ədəd təşkil edib ki, bu da ötən ilin göstəricilərindən 70 faiz yüksəkdir. Elektron mallar satan mağaza şəbəkələrinin gəliri isə 4 dəfə artaraq 1,7 milyard rubla çatıb.
 
"M.Video” şirkətinin məlumatına görə, "ağıllı” saatların satışı smartfon satışının həcmini 4 faiz üstələyib, mobil məhsulların satışından əldə olunan gəlirlər isə 30 faiz artıb. "Eldorado” mağazalarından bildiriblər ki, rəqəmsal cihazların satışı "Apple” smart-saatlarının hesabına iki dəfə yüksəlib.
 
Qeyd edək ki, "Svyaznoy” mağazalar şəbəkəsinin direktorlar şurası 2016-cı ilin birinci yarısında Rusiyada elektronika satışının ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə artaraq 100 min ədəd cihaz satışı həyata keçirildiyini açıqlayıb. Şəbəkənin gəlirləri 1,6 milyard rubla çatıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol