• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistandan olan "Günəşli oğlanlar" - Əsrin tibbi SİRRİ - VİDEO

Pakistandan olan "Günəşli oğlanlar" - Əsrin tibbi SİRRİ - VİDEO
15.11.2016 23:35
Pakistanlı həkimlər iki yerli sakinin müəmmalı vəziyyətlərini araşdırmaqda davam edirlər.

Belə ki, iki qardaş olan bu yerli sakinlər günəşin batmasından sonra hərəkət sistemlərini itirirlər. Pakistanlı bir ailədə böyüyən bu iki qardaş öz yaşıdlarından çox fərqlənirlər. Gün ərzində 13 yaşlı Ahmed Shoaib və onun 9 yaşlı qardaşı Abdul Rasheed məktəbdə oxuyur və dostları ilə həyətdə oynayırlar. Lakin axşamın düşməyi ilə bu uşaqlar vegetativ vəziyyətə düşürlər. Yəni onlar hərəkət edə, ağızlarını və gözlərini aça bilmirlər.
 
Bu, dünyada ilk belə bir haldır və həkimlər bu halı hərtərəfli müşahidə edirlər. Pakistanda onları "Günəşli oğlanlar” adlanıdırırlar. Bu uşaqlar İslamabadda pulsuz müayinədən keçirlər. Uşaqlar indiyənə kimi 300-ə yaxın testlərdən keçsələr də orqanizmin bu cür reaksiyasının tam səbəbi hələ bilinmir. Həkimlər yalnız onu müəyyən ediblər ki, bu vəziyyət işığın olmaması ilə əlaqədardır.

Təcrübələrdən birində qardaşları tamamilə qaranlıq otağa yerləşdirmişdilər. Lakin bu üsul heç bir effekt vermədi. Beləliklə müəyyən olundu ki, onların bədənləri işığa deyil, günün müəyyən saatlarına reaksiya verirlər. Pakistanlı mütəxəssislər ailənin yaşadığı ərazidən müşahidə üçün torpaq, su və hava nümunələri götürüblər. Uşaqların qan nümunələri isə dünyanın bir çox mütəxəssisinə göndərilib. Lakin nümunələrin analizi zamanı qeyri-adi bir şeyə rastlanmayıb.
 
Bu halın səbəbinin əsas versiyası kimi genetik anomaliya yəni, qan qarışığı (insest) göstərilir. Belə ki, oğlanların ata və anaları yaxın qohumdurlar. Ailənin ilk iki uşağı hələ balaca vaxtı vəfat ediblər. Daha biri adi həyat tərzi sürür. İkisi bu sirli hala düşüb. 6-cı uşaq isə 1 yaşlı körpədir. Məlumata əsasən 1 yaşlı körpə də artıq bu xəstəliyin simptomlarını göstərməyə başlayıb. Həkimlər tədqiqatları davam etdirirlər. Lakin onların bu sirri açacaqları bilinmir. //Technote.az
 



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol